Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Türkiyə və ABŞ arasında azad ticarət haqqında saziş imzalanacaq
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, İqtisadiyyat > Türkiyə və ABŞ arasında azad ticarət haqqında saziş imzalanacaq

Türkiyə və ABŞ arasında azad ticarət haqqında saziş imzalanacaq


Türkiyə və ABŞ arasında azad ticarət haqqında saziş imzalanacaq. Bu barədə cümə günü "Hürriyyət" qəzeti hazırda ABŞ-da rəsmi səfərdə olan Türkiyənin iqtisadiyyat naziri Zəfər Çağlayana istinadən xəbər yayıb.
Çağlayanın sözlərinə görə, tərəflər birinci mərhələdə bu məqsədlə ölkələr arasında azad iqtisadi zonanın yaradılması üçün hüquqi-normativ bazanı hazırlayacaq işçi qrupunun yaradılması barədə razılaşıblar.
Qəzetin məlumatına görə, Türkiyə tərəfdən qrupa iqtisadiyyat naziri Zəfər Cağlayan, ABŞ tərəfdən isə Prezident Barak Obama tərəfindən təyin olunacaq bu ölkə hökümətinin ticarət nümayəndəsi rəhbərlik edəcək.
Nazir vurğulayıb ki, bu gün iki ölkə arasında ticarət dövriyyəsi 20 milyard ABŞ dollarına çatıb, halbuki 10 il bundan əvvəl bu rəqəm 9 milyard ABŞ dolları idi.
Azad ticarət haqqında sazişin əsas məqsədi ölkələr arasında ticarət sədlərinin aradan götürülməsi və investisiyaların cəlb olunması prosesini sadələşdirilməsidir.

Geri dön