Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Güneyli öyrəncilər Vilayətinin anti-türk açıqlaması ilə bağlı bəyanat yaydılar
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Güneyli öyrəncilər Vilayətinin anti-türk açıqlaması ilə bağlı bəyanat yaydılar

Güneyli öyrəncilər Vilayətinin anti-türk açıqlaması ilə bağlı bəyanat yaydılar


Təbrizin Azad universitetinin öyrənciləri, prezidenliyə namzəd Əli Əkbər Vilayətinin türk dili ilə bağlı səsləndirdiyi fikirə görə etiraz bəyanatı yayıblar.

Bəyanatda qısaca deyilir:

“Böyük Azərbaycan milləti, 3-cü gün Təbrizin Azad universitetində baş verən hadisə İranda yaşayan millətlərin milli və qanunni haqlarına qarşı şovinist başçılarının rəftarlarından bir damla idi. O, elə bir universitet və elə bir öyrəncilər qarşısında çıxış edirdi ki, onun tək bir milli və qanuni icması (Arman təşəkkülü) fars şovinizminin ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) idarəsinin məsulları tərəfindən qapadıldı və Vəhid Şeyxbəyli kimi əsas üzvləri namərdcəsinə həbs edildi. Vilayəti türk dili və anayasanın 15-ci əsli ilə bağlı sualdan elə yayındı ki, bütün tədbir iştirakçıları Vilayəti və 1+2 koalisiyasının (Həddad Adil, Vilayəti, Qalibaf) şovinisti təfəkkürünə agah oldular”.


Bəyanatın başqa hissəsində deyilir ki, “biz Təbriz Azad universitetinin öyrənciləri, o universitet ki, Azərbaycanın Milli Hərəkatında önəmli rolu olub, elan edirik:

“Qorxu və tərəddüdü bir kənara qoyub, prezident seçkilərini bir fürsət kimi qiymətlərib və zindanlarda həbs olunan qardaşlarımızın haq səsini dünya ictimaiyyətinə çatdıraq. Və bununlada fars şovinistlərinə anladaq ki, onlarla İranda yaşayan digər millətlərin çox fasilə var”.


Qeyd edək ki, İranın prezident seçkilərinə namizədliyini irəli sürən keçmiş xarici işlər naziri və İran rəhbəri Seyyid Əli Xamneyinin xüsusi müşaviri Əli Əkbər Vilayətinin Təbriz Azad Universitetində çıxışı tələbələrin geniş etirazına səbəb olmuşdur. Tanınmış siyasətçinin iştirakı ilə keçirilən sual-cavab iclasında azərbaycanlı tələbələr dövlətin Azərbaycan bölgələrinə qarşı yürütdüyü ayrı-seçkilik siyasəti və türk dilində təhsilin yasaq olması ilə bağlı suallarla İranın anti-türk siyasətçilərindən biri kimi tanınan Vilayətiyə çətin anlar yaşatmışdılar.
“Ana dilində yazıb oxumaq heç bir şeyi dəyişdirməz və ölkədəki problemləri həll etməz”-deyə türk dilində təhsilin zəruri olmadığını qeyd edən Əli Əkbər Vilayəti “Azərbaycan İranın başıdır. İranın bütünlüyü Azərbaycanın sayəsində əldə edilib. Abbasilər höküməti dönəmində İran on beş parçaya bölünmüşdü, ancaq Səfəvi dövləti dağılmış İranı birləşdirdi”-deyə rəhbərin müşaviri əlavə etmişdir.

Əli Əkbər Vilayətinin sözləri tələbələrin qəzəbinə səbəb olmuşdur.

Geri dön