Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Müsahibə, Özəl xəbər, Fərəc Quliyev > “Vaxtilə rahat yerdə oturanlar indi “radikal” adı ilə ortaya çıxıblar”
“Vaxtilə rahat yerdə oturanlar indi “radikal” adı ilə ortaya çıxıblar” |
Fərəc Quliyev:
“Milli maraqlarımıza uyğun olmayan istənilən fəaliyyət həyata keçirənlər və ya ifadə söyləyənlər bizi qarşılarında görəcəklər” “Şəxsi mənfəətpərəstliyə görə siyasətə baş qoşan fərdlər indidən yollarından çəkilsələr, bəlkə də müəyyən qədər biabırçılıqlardan yaxa qurtara biləcəklər” Müsahibimiz Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyevdir. F.Quliyev bizimlə müsahibəsində müxalifət düşərgəsində baş verən proseslərlə bağlı fikirlərini bildirdi. F.Quliyev düşünür ki, müxalifət bu gün ayrı-ayrı qüvvələrdən ibarətdir və dağınıq halda fəaliyyət göstərir. Onun fikrincə, bu qruplar seçki ilində də təşkilatlana və hakimiyyətə alternativ siyasi güc formalaşdıra bilmirlər. Buna isə müxtəlif səbəblər mane olur: -Müxalifət yekcins deyil. Bu gün müxalifətdə ən müxtəlif qüvvələr təmsil olunur. Biz millətçi kəsim olaraq xalq düşərgəsində təmsil olunuruq. Amma siyasi palitrada özünü müxalifətdə görüb tamam kosmopolit fəaliyyət göstərənlər də var. Bundan başqa, “müxalifət” adı altında hakimiyyətə yox, dövlətə müxalifətçilik edən qüvvələr də var. Yaxud müxalifət kimi görünüb əslində müxalifət olmayanlar da var. Bu baxımdan müxalifət vahid qüvvədən ibarət deyil. Amma ümumiyyətlə götürəndə, bu cür düşərgədəkilər hakimiyyətdən kənarda təmsil olunurlar. Bu düşərgədə pərakəndəlik var. Bu il seçki ili olmasına baxmayaraq hesab etmirəm ki, bu pərakəndəlikdən müxalifət çıxa bilər. Müxalifətin seçki üçün toparlana biləcəyinə inanmıram. Nə qədər ki Azərbaycanda hakimiyyət uğrunda mübarizə ayrı-ayrı fərdlərə qarşı mübarizə olacaq, şəxsi ədavət prinsipi üzərində qurulacaq, bu mübarizənin heç bir nəticəsi olmayacaq, cəmiyyət də bu cür mübarizədən ancaq zərər götürəcək. Azərbaycanın təhlükəsizliyi və inkişafı müstəqil milli gücün bir araya bağlı olmasından asılıdır. Ona görə də bu cür fərdlərə qarşı mübarizələrlə cəmiyyəti ümumi birlikdən yayındırmaq olduqca zərərlidir. Milli birliyin olması üçün təşkilatların düşüncə birliyi olmalıdır. Düşüncə birliyi deyəndə Azərbaycanın milli maraq və mənafelərinə uyğun olaraq siyasi mübarizə və fəaliyyətdən söhbət gedir. Yaxud hakimiyyət uğrunda mübarizə aparmaq hakimiyyətdə təmsil olunanları təhqir etməkdən, böhtan atmaqdan ibarət deyil. Bu cür yanaşmalar siyasi arenada hakim olmamalıdır. Ümumiyyətlə, təhqiretmə, aşağılama kampaniyası aparılmamalıdır. Siyasi münasibətləri şəxsi zəmində yox, real siyasi prinsiplər əsasında qurmaq lazımdır. Bu baxımdan müxalifətdə hələ də bu cür ənənəvi və sınaqda uğur qazanmayan yanaşmalar hökm sürür. Yeni yanaşmalarla çıxış etmək lazımdır. -Bu gün müxalifətdə özünü “yeni qüvvə” kimi təqdim etməyə çalışan və əslində siyasətçi olmayan Rüstəm İbrahimbəyov, Eldar Namazovun da əslində şəxsi münasibətlər zəminində “siyasiləşdikləri” bildirilir... -Azərbaycanın milli maraqlarına uyğun olan istənilən davranış və ya fəaliyyət kim tərəfindən həyata keçirilməsindən asılı olmayaraq cəmiyyətdən dəstək alacaq. Bunlar bizdən də dəstək alacaqlar. Çünki milli maraqlara uyğundur. Bu gün milli maraqlarımıza uyğun olmayan istənilən fəaliyyət həyata keçirənlər və ya ifadə söyləyənlər bizi qarşılarında görəcəklər. Bu gün “yeni müxalifət” adı altında ortaya çıxıb mövsümi olaraq bəzi məsələlərə münasibət bildirən qruplar tamam yanlış mövqedədirlər. Ən pisi də odur ki, özlərini “yeni müxalifət” adlandıran qruplar öz adlarını xarici qüvvələrin adları ilə bağlamağa uğursuz cəhdlər edirlər. Bununla isə onlar siyasətdə xarici qüvvənin ələbaxanı olmaq kimi bir “fəxarəti” daşıyırlar və bununla da əslində milli düşüncə və milli maraqların daşıyıcıları olanlarda ikrah oyadırlar. Bunlar Azərbaycanın maraqlarına uyğun olmayan yanaşma və qruplardır. Kim olur-olsun, bu yanaşma ilə Azərbaycanın müstəqil inkişafına və milli maraqlara qarşı çıxır. Mən “milli şura”, “milyonerlər ittifaqı” ilə bağlı öz sözümü demişəm. İndi isə bir daha deyirəm ki, bu cür yanaşmaları aparan istənilən ad altında fəaliyyət göstərən qurumlar antimillidir. Kim olursa-olsun, Azərbaycanın milli maraqlarına zidd hərəkətlər edirsə, Azərbaycanı istəməyən xarici dairələrdən asılı hala düşürsə, onlar iflasa uğrayacaqlar. Mən bir vətəndaş olaraq bu cür gedişləri, siyasi fəaliyyəti Vətənimiz üçün birmənalı olaraq zərərli və təhlükəli hesab edirəm. Arzulamazdım ki, Azərbaycan cəmiyyətindən, millətindən bir nəfər də olsun, bizi tərk etsin. Amma onlar özləri-özlərini və eləcə də cəmiyyətimizi mənən tərk ediblər. Bu baxımdan müxalifət, seçki adı altında meydana çıxan bütün şəxslər özləri-özlərini ifşa etməyə başlayıblar. Onların kim olduğunu artıq cəmiyyət yaxşı tanıyır. İkinci bir tərəfdən də onlar nə qədər xalqla təmasa çıxmağa, özlərini təqdim etməyə çalışsalar da, xalq onları qəbul etməyəcək. Çünki başa düşürlər ki, bu adamlar mövsümi dillənirlər. Seçki olmayan dövrdə niyə onlar xalqın adından çıxış etmirdilər, niyə siyasi fəaliyyət göstərmirdilər və aktiv deyildilər? Seçkinin çatmasına artıq 4 ay civarında vaxt qalıb, onlar indi-indi müxtəlif çaşdırıcı şüarlarla çıxış edirlər. Bir az da pul-para əldə ediblər, onu xərcləmək üçün bu cür aktivlik görüntüsü sərgiləməyə çalışırlar. Amma bununla xalqı yanına çəkmək və cəlb etmək təbii ki mümkün deyil. -Bu gün “milli”, “ziyalı” və sair etiketlərdən istifadə etməyə çalışan Rüstəm İbrahimbəyov, Eldar Namazov kimi “yeni müxalifət” adına iddialı şəxslər milli azadlıq dönəmində, milli azadlıq hərəkatında iştirak etməyiblər. Siz isə bir sıra şəxslər kimi azadlıq hərəkatında iştirak etmisiniz. Bu baxımdan necə düşünürsünüz, həmin şəxslərin indi millət və xalq adından danışmağa haqqı varmı? Yaxud bu adamların əsl yeri haradır? -O vaxtlar bu insanların harda olması məni düşündürmür. Biz belələrinin harda olmasının fərqinə varmadan o vaxt da vətəndaş mövqeyini ortaya qoyurduq, milli mübarizəmizi aparırdıq. O zaman ən radikal yollara əl atırdıq ki, Azərbaycanın müstəqilliyinə töhfəmizi verək. Hesab edirdik ki, o dövrdə imperiyaya qarşı mübarizə aparan bütün yollar məqbuldur. Amma o dövrlərdə özlərini proseslərdən uzaq, rahat bir yerdə saxlayanlar bu gün “radikal” adı altında guya öz müstəqiul dövlətlərində siyasi mübarizə aparırlar. Onlar guya “radikal” mövqe nümayiş etdirirlər. Radikallıq bundan ibarət deyil. Bu gün kövrək müstəqillik dönəmini sona çatdırmış Azərbaycanımızın hər hansı bir milli marağına zidd olanlar, yaşlarına-başlarına baxmayaraq Azərbaycanın problemlərinin üstünə “siyasi mübarizə” adı altında problem gətirməyə çalışan şəxslərin yeri ən azından Azərbaycan cəmiyyətində olmamalıdır. Azərbaycan cəmiyyətində onlara yer yoxdur. Onlar zahirən Azərbaycanda aradabir görünsələr də, Azərbaycan ruhən onları qəbul etmir. Ona görə də bu cür insanların Azərbaycanda siyasi fəaliyyət imkanları olduqca məhdud və nəticəsiz qalacaq, biabırçılıqla sonuclanacaq. Ona görə də hesab edirəm ki, şəxsi mənfəətpərəstliyə və şəxsi qisasçılıq hissinə görə bu cür siyasətə baş qoşan fərdlər indidən yollarından çəkilsələr, bəlkə də müəyyən qədər biabırçılıqlardan yaxa qurtara biləcəklər. Necə deyərlər, ziyanın yarısından da qayıtmaq mənfəətdir... " PALİTRA" qəzeti İlkin AĞAYEV Geri dön |