Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Gündəm > Azərbaycan dünyanın ən tolerant ölkəsidir
Azərbaycan dünyanın ən tolerant ölkəsidir |
“The Washington Post” Dünya Dəyərlər Sorğusunun nəticələrini açıqlayıb
Dünya Dəyərlər Sorğusu (World Values Survey) adı altında 80-dən çox şlkədə keçirilən araşdırmaların nəticələri “The Washington Post”da dərc edilib. ANS PRESS-in verdiyi məlumata görə, nəticələrə əsasən Azərbaycan cəmiyyəti nəinki qonşu ölkələrdən, hətta Avropa ölkələrinin çoxundan daha tolerantdır. Azərbaycanda bir millətin sayca üstünlük və titulluluq təşkil etməsi etnik müxtəlifliyə malik ölkənin dünyada daha çox tolerant ölkələrin reytinqinə düşməsinə mane ola bilməyib. Araşdırma ölkələrin iqtisadi inkişafı, həmçinin etnik müxtəliflik və əhalinin tolerantlıq səviyyəsi arasında paralellər aparmaq məqsədi daşıyıb. Amma nəticələr göstərib ki, bu paralellərlə bağlı hansısa əlaqə və asılılıq yoxdur. Suallar çoxluğu arasında insanlardan qonşu olaraq kimi görməyi arzulamadıqlarını soruşublar. Respondentlərinin çoxu bu suala “digər irqdən olan insanlar” deyə cavab veriblər. Belə cəmiyyətləri araşdırma müəllifləri daha az tolerantlar qisminə aid ediblər. Azərbaycan isə o kateqoriyadan olan ölkələr sırasına düşüb ki, orada respondentlərin cəmisi 10-15 faizi qonşu olaraq “digər irqdən olanlar”ı görmək istəmədiklərini bildiriblər. Ona görə də, Azərbaycan cəmiyyəti daha çox tolerant ölkə kimi xarakterizə edilib və bu sahədə Gürcüstan, Ermənistan, Türkiyə, Rusiya və İranı üstələyib. Bu ölkələrdə tolerantlıq göstəriciləri Azərbaycandan aşağıdır. Həmçinin araşdırmanın daha əlamətdar nəticələrindən biri də ondan ibarətdir ki, Azərbaycan cəmiyyətinin tolerantlıq göstəriciləri, eləcə də Avropa ölkələrinin çoxundan yuxarıdır. Məsələn, iqtisadi inkişaf və təhsil göstəriciləri yüksək olan Qərbi Avropa ölkələri heç də həmişə kifayət qədər tolerant ölkə kimi çıxış etmir. Araşdırmaların nəticələri də göstərir ki, Fransa cəmiyyəti daha az tolerant ölkələr sırasına düşüb. Fransa əhalisinin 23 faizi başqa millətlərdən olan qonşular istəmirlər. Bundan başqa daha çox tolerant ölkələr içərisində Böyük Britaniya, Skandinaviya ölkələri, Şimali Amerika ölkələri, həmçinin Cənubi Amerika ölkələrinin çoxu, eləcə də Avstraliya qeyd edilir. Daha pis göstəricilər Yaxın Şərq, Cənub-Şərqi Asiya ölkələri ilə bağlı qeydə alınıb. Bu ölkələrdə tolerantlığın durumu yaxşı deyil. Amma tolerantlıq baxımından ən aşağı göstərici isə Hindistanda qeydə alınıb. Burada respondentlərin 40 faizi digər irqlərdən olan qonşulara malik olmaq istəmirlər. Bu isə artıq Hindistan kimi indiyə qədər “xalqlar demokratiyası” adlandırılan ölkədə tendensiyanın başqa istiqamətə yuvarlandığını deməyə əsas verir. Görünür, dünyada bu sahədə baş verən kataklizmlər, etnik qarşıdurmaların qloballaşması bir çox ölkələrdə əhalinin əhvali-ruhiyyəsinə neqativ təsirsiz ötüşməyib... Geri dön |