Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Güney Azərbaycan xəbərləri, Siyasi partiyalar > MDHP Güney Azərbaycan Departamentinin 22 May 2006-ci ildə milli qiyamın 7-ci ildönümü münasibətilə bəyanatı
MDHP Güney Azərbaycan Departamentinin 22 May 2006-ci ildə milli qiyamın 7-ci ildönümü münasibətilə bəyanatı |
22 may 2006-cı il Iranda hakimiyyətdə olan Panfarsit rejiminin apardığı anti Türk, irqçı və təhqir siyasətinə Azərbaycan türklərinin kütləvi etiraz yürüşü Güney Azərbaycan milli hərəkatının yeni mərhələsini başlatmış oldu. Milli azadlıq hərəkatının təməl istəklərini, onun mahiyyətini və strateji hədəfini müəyyənləşdirən 1 Xordad 1385 (22 may 2006-cı il) hadisələri Azərbaycan türklərinin mübarizə tarixində əhəmiyyətli dönüş nöqtəsi idi. Təsadüfi deyil ki, bugün Azərbaycan Milli Azadlıq hərəkatında davam edən milli-demokratik mübarizə millətimizin fars fasişt rejimi tərəfindən məruz qaldığı bütün problemləri gündəmə gətirə bilir və onun həlli istiqamətində kütləvi təşkilatlanma modeli ilə sivil və sistemli formada etirazını nümayiş etdirir. 1 Xordadda ortaya qoyulan milli-siyasi tələblər bir daha subut etdi ki, Güney Azərbaycan Milli Azadlıq hərəkatı Azərbaycan türkünün milli dövlətçilik istiqamətində apardığı mübarizədə rejimin düşmənçilik siyasətinə kəskin mövqedədir və öz milli ideyasını gerçəkləşdirmək üçün faşist fars rejimininin Azərbaycana qarşı apardığı təxribat planlarının qarşısında dururmaqdadır.
Milli Dirçəliş Hərkatı Partiyası Güney Azərbaycan Departamenti, Bütöv Azərbaycan milli azadlıq hərəkatımızdakı mövcud dəyərləri , onun məqsədləri uğrunda fəaliyyət göstərən qurum olaraq inanır ki,22 May 2006-ci il (1 Xordad 1385)Milli Qiyamı millətimizin gələcək taleyi ilə birbaşa bağlı olan və milli dövlətçilik istiqamətini aydın şəkild ortaya qoyan qurtuluş hərəkatıdır. Bu möhtəşəm milli qiyamdan nəticə çıxararaq Güney Azərbaycanla bağlı fəaliyyət göstərən bütün milli-siyasi qurum və təşkilatları fars faşist siyasətinə qarşı birgə mübarizəyə dəvət edir. HƏDƏFİMİZ VƏ MQSƏDİMİZ BÜTÖV AZƏRBAYCANDIR! MİLLİ DİRÇƏLİŞ HƏRƏKATI PARTİYASI GÜNEY AZƏRBAYCAN DEPARTAMENTİ 22 MAY 2013-ci il Geri dön |