Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Güney Azərbaycan Milli Azadlıq Şəhidlərini unutmayaq (Video-Foto)
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Türkün şanlı tarixi, Güney Azərbaycan-Təbriz > Güney Azərbaycan Milli Azadlıq Şəhidlərini unutmayaq (Video-Foto)

Güney Azərbaycan Milli Azadlıq Şəhidlərini unutmayaq (Video-Foto)


2006-cı il mayın 22-i (1385-ci il xordadın 1-i) fars şovinizminə qarşı unudulmaz bir Milli Qiyam kimi tarixə düşdü.
Buna səbəb “İran” dövlət qəzetinin türklərə qarşı dərc etdiyi karikatur və millətimizi bu karikatur vasitəsi ilə hamam böcəyini oxşadıb və təhqir etməsi olmuşdur. Məhz bundan sonra Güney Azərbaycanın Təbriz, Urmu, Ərdəbil, Sulduz, Xiyav (Meşginşəhr), Makı, Xoy, Qoşaçar və s. kimi şəhərlərində milyonlarla insan qayağa qalxıb və fars şovinizminə və İranın irqçi rejiminə qarşı sərt etiraz bildirmişdilər. Etiraz aksiyalarının uzantısı hətta paytaxt Tehrana belə çatmışdır.

Keçirilən dinc aklsiyalar gözlənildiyi kimi İranın təhlükəsizlik qüvvələri tərəfindən atəşlə qarşılandı və tarixdə bir qanlı hadisə kimi yadda qaldı. Bu hadisədə onlarla şəhid verdik, yüzlərlə yaralı və xəsarət almış soydaşlarımız oldu və bir çox azərbaycanlı yaxalanaraq həbs edildi.

Xalqımız həftələrlə davam edən bu qanlı hadisələrin ildönümünü hər il ürək ağrısı və eyni halda qürurla xatırlayır və bu önəmli günün ildönümünü milli tariximizdə əhəmiyyətini dərk edərək müxtəlif formalarda qeyd edir.

Millətimiz hər zamankı kimi vətənimiz uğrunda canlarını fəda etmiş ŞƏHİDlərimizi xüsusi hörmətlə yad edir və onların ruhlarına dualar oxuyur. Aşağıda kimlikləri məlum olan bir neçə şəhid və onların şəhid edildiyi şəhər barəsində məlumat verilir:

- Məhəmmədəli Cənnətniya – 65 yaşlı – Sulduz

- Behzad Səbuhinejad – işgəncələrlə öldürülüb – Təbriz

- Fərzad Əsədpur – 21 yaşlı – Urmu

- Eyvəz Səyyahi – aksiyada yaralanıb və xəstəxanada dünyasını dəyişib – Urmu

- Rza Mirağa Purdərviş – yaralanıb və xəstəxanada dünyasını dəyişib – Təbriz

- Hümmət İsmzadə - Sulduz

- Noruzi – Sulduz

- Tohid Əşrəfi – 12, 13 yaşlı uşaq – Sulduz

- Həmzə Niyazi – Sulduz

- Əlirza Qulipur – Sulduz

- Həbib Rəzəvi – Sulduz

- Rəzzaqi – Sulduz

- İzzəti – Sulduz

- Səttar Səlimi – Tələbə (daneşamuz) olub. Onun meytiti 2 ay sonra ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) məmurları tərəfindən ailəsinə verilib – Təbriz

- Sina Taroq – Şəhid olduqdan 40 gün sonra onun ölüm xəbəri yayılıb – Təbriz

- Əkbər Noruzi – 53 yaşlı işçinin meyiti öldürüldükdən bir neçə gün sonra morqdan (sərdxana) tapılıb – Təbriz

- Hüseyn Fəthipur – tələbə (daneşamur) – Sulduz

- Cəlil Abidi – Xiyav (Meşginşəhr)

- Əsgər Qasimi – Sulduz

- Tohid Azəryun – Sulduz
Güney Azərbaycan Milli Azadlıq Şəhidlərini unutmayaq (Video-Foto)








Geri dön