Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İran əleyhinə aksiyalar davam edir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Diaspor > İran əleyhinə aksiyalar davam edir

İran əleyhinə aksiyalar davam edir


Azərbaycan türklərinin İran əleyhinə aksiyaları davam edir. Növbəti aksiya Azərbaycan türkləri tərəfindən ABŞ-ın paytaxtı Vaşinqton şəhərində mayın 22-də keçirilib. Piketin keçirilməsində məqsəd 2006-cı il mayın 22-də Güney Azərbaycanda baş vermiş hadisələrin 7-ci ildönümünü qeyd etmək olub. ABŞ-ın müxtəlif şəhərlərində yaşayan azərbaycanlılar yerli vaxtla saat 11:00-da əllərində plakatlarla ABŞ Dövlət Departamentinin binasının qarşısına toplaşıblar. Bir saat davam edən piketdə İranda həbsdə olan azərbaycanlı fəalların və jurnalistlərin fotoları nümayiş etdirilib, onların azadlığa buraxılması, onların pozulan hüquqlarının təmin olunması tələb olunub, İran əleyhinə müxtəlif şüarlar səsləndirilib. Xüsusilə “South Azerbaijan is not Iran!”, “Persian Supremacy is not the answer!”, “Persian Supremacy will take Iran to disintegration!”, “Promoters of Persian Supremacy believe in “Pure Arian Race”!”, “Persian Supremacy is Racism!”, “Iran is not just Persians!”, “Iran is an ethnically mixed multilingual country!”, “Persians are one of many ethnic groups in Iran!”, “Education in mother tongue is a fundamental human right!”, “Education in mother tongue for children of South Azerbaijan (Iran)!”, “Freedom for Azerbaijani journalists in Iran!”, “Promoting Persian supremacy will keep mullahs in power!”, “Freedom without education in mother tongue is incomplete!”, “Democracy means respecting minority rights!” və “Free all political prisoners in Iran!” kimi milli və siyasi məzmunlu ingilis dilində şüarlar verilib. İnsidentsiz keçən piket bəyanatın oxunması ilə başa çatıb.

Qeyd edək ki, 2006-cı il mayında “İran” adlanan rəsmi qəzetdə azərbaycanlıların hamamböcəyinə bənzədilməsi kütləvi etirazlara səbəb olub. İran təhlükəsizlik qüvvələri aksiyaları yatırmaq üçün müxtəlif vasitələrdən, hətta odlu silahdan istifadə etməyə belə çəkinməyiblər. Nəticədə onlarla nümayişçi həlak olub, minlərlə insan həbs edilib.

Geri dön