Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Nabucco Azərbaycanın seçimini gözləyir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İqtisadiyyat > Nabucco Azərbaycanın seçimini gözləyir

Nabucco Azərbaycanın seçimini gözləyir


“Nabucco” Komitəsinin Rumıniyanın paytaxtı Buxarest şəhərində keçirilən 5-ci toplantısı çərçivəsində birgə bəyannamə qəbul edilib. Toplantıda Avstriya, Macarıstan, Rumıniya, Bolqarıstan və Türkiyə də iştirak edib.

Bəyannamədə “Nabucco” boru kəmərinin Qərbi Balkan və Vışeqrad qrupu (Polşa, Slovakiya, Çex Respublikası və Bolqarıstan) ölkələrinin enerji bazarlarını qaz ilə təchiz etmək potensialı xüsusi vurğulanır. İştirakçı ölkələr “Nabucco” boru kəməri çərçivəsində Avropanın cənub və mərkəzi şimali bölgələrini də qazla təchiz etmək üçün tələb olunan boru kəməri birləşmələrinin müəyyənləşdirilməsində iştirak etməyə hazır olduqlarını təsdiqləyirlər.

“Nabucco” və “TANAP” (“Trans Anadolu” boru kəməri) layihələrinin bir-birini qarşılıqlı surətdə tamamlaması bəyannamədə xüsusilə vurğulanır və “TANAP” layihəsinin reallaşdırılması istiqamətində həm Türkiyə, həm də Azərbaycanın səlahiyyətli orqanları tərəfindən əldə olunan irəliləyişlər müsbət qiymətləndirilir.

Toplantıda “NABUCCO Gas Pipeline International GmbH” şirkətinin maliyyə məsələləri üzrə direktoru Frank Sibert bildirib ki, layihəyə nağd maliyyə vəsaitlərinin yatırılması üçün ilkin proqnozlaşdırma tələb edilir və “Nabucco” layihəsinin vergi məsələləri üzrə alt komitəsinin tövsiyələri sayəsində buna nail olunub.

“NABUCCO Gas Pipeline International GmbH” şirkətinin icraçı direktoru Reynhard Mitçek deyib: “Biz “Nabucco” Komitəsinin Budapeşt şəhərində keçirilən toplantısından sonra bir neçə əsas mərhələni adlaya bilmişik. Belə ki, Bolqarıstan “Nabucco” layihəsinin tikintisi üçün ekoloji icazəni təqdim edən ikinci ölkə olub və biz potensial istifadəçilərlə danışıqların aparılması və müqavilələrin imzalanması prosesinin qeydiyyat mərhələsinə gözlədiyimizdən daha artıq iştirak payları ilə start vermişik. Cənub-Şərqi Avropa bazarlarına ən qısa marşrut olan “Nabucco” boru kəməri “Cənub” qaz dəhlizinin açılması üçün ən yaxşı seçim variantı olaraq qalır”.

Geri dön