Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İranın Güney Azərbaycan planı – TƏHLİL
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, DAVAMın yazıları > İranın Güney Azərbaycan planı – TƏHLİL

İranın Güney Azərbaycan planı – TƏHLİL


Amerika İrana hücum edəcəyi təqdirdə 1500 millətçi həbs ediləcək



Bu günlərdə Güney Azərbaycanda 22 may 2006-cı il Xordad (may) hadisələrinin ildönümü qeyd olunur.

Bu hadisə demək olar ki, Güney Azərbaycanın tarixinə yazılacaq şanlı bir tarixdir. İran üzrə ekspert Hakim Sadiqovun sözlərinə görə, 1988-ci il Qarabağda Topxana meşəsində bir neçə ağacın ermənilər tərəfindən qırılması Quzey Azərbaycanda hərəkatın başlanmasına səbəb olduğu kimi, Güney Azərbaycanda isə bir jurnalistin yazdığına görə 17 şəhər ayağa qalxdı: “Bir əsrdə 4 inqilab edən xalq, bir daha kim olduğunu xatırlatdı. Quzeydə Azərbaycan dövlətinin varlığı ilk günlərdən İranı narahat edib və etməkdədir.

İranın bugünki durumunu, xarici və daxili siyasətini, Azərbaycan dövlətinə və Güney Azərbaycana baxışını başa düşmək üçün 1979-cu il islam dövrünün əsas məqsədləri haqda hər şeydən öncə bilmək lazımdır. Həmin illərdə siyasi gücü əldə edən Ayətullah Xomeyni və çevrəsindəkilər, mollaların əsas tutduğu hədəf dünya imperializminə qarşı islam inqilabı yaratmaq və bu inqilabı dünya müsəlmanları içinə daşımaqda idi. Yəni islamiyyət birinci məqsəd sayılırdı. İrançılıq faktoru islamiyyətin yanında və bəzən ondan daha üstün yerdə durdu. İİR-i içəridə və xaricdə yönəldən ana xətlər irançılıq və islamiyyət oldu. Bu iki məqsədə necə çatmaq üçün İran daxilində kürsü yarışmaları nəticəsində hakimiyyətdə olanlar arasında ikitirəlik və ayrılıqlar həmişə baş verib. Əhmədinejadın 2005-ci ildə millətə “nefti süfrələrə çəkəcəyik”, “hamıya iş”, “ev tikmək üçün uzun müddətli kredit” verməyi vəd edirdi. Qısa zamanda xalqın süni rəgbətini qazansa da, başqa amillər meydana gəldi. Əhmədinejad məcburən benzin layihəsini icra etdi. Yəni öz gənəl siyasətinə tərs olan qərarı xalqın narazılığına səbəb oldu. 2009-cu il seçkilərinə gəldikdə Əhmədinejad dövlətinin arxasında Xamneyi dayanmışdı. Əslində seçkidə Musəvi qalib gəlmişdi . Builki seçkilərdə isə vəziyyət tamamilə fərqlənir. Əvvəllər mühafizəkarlarla islahatçılar arasında rəqabət gedirdisə, indi savaş mühafizəkarların öz daxilindədir. Dini liderin inandığı, əlini öpdürdüyü, 2009-cu il seçkilərində dəstəklədiyi Əhmədinejad bu dəfə dini liderə qarşıdır. Namizədliyi qeydə alınanların siyahısından aydın olur ki dini lider bu dəfə seçkiyə “sadiqlərlə” gedir. insanları və öz idarəsində olan insanlarla seçkiyə gedir”.

Mübarizənin əsasən Səid Cəlili, Möhsün Rzayi və Əli Əkbər Vilayəti arasında gedəcəyi şübhə doğurmur. Dini liderə daha çox sadiliyini sübut edən şəxs prezident seçiləcək: “Bu gün dini lideri İranda söz sahibi edən və gücünə-güc qatan İslam İnqilabı Keşişçiləri Qvardiyasıdır. İran büdcəsinin çox hissəsi bu quruma ayrılır və ayrılan pulun hara xərcləndiyinin hesabını ancaq dini lider apara bilər. Dini liderə tabe olan ikinci qurum “Bəsic”dir ki, onlar İran daxilində qatı dindarlar adlanır. İbadət və büdcədən gələn müftə pulları yemək əsas məşğuliyyətləridir. İndiki zamanda neftdən əldə edilən gəlirin azalması ortaya problemlər çıxaracaq. İllərlə müftə pula öyrənənlər artıq dini liderin özünə qarşı olacaqlar. Rejimin dəyişməsinə şərait yaradan iç amillər də var ki, bura ölkədə ümumi narazılıq, iqtisadi böhran, işsizlik, ictimai sıxıntı, qadın haqlarının pozulması, gənclərin ümidsizliyi, dini azlıqların, başda sünnilərin ayrı seçkiliyə məruz qalması, siyasi partiyaların sıxışdırılması, ən başlıcası isə milli hərəkatı sadalamaq olar.
Bu qüvvələrin keçmişinə və bu gününə nəzər salan ekspert qrupları aşağıdakı kimi xarakterizə edib:

1. İslahatcılar : Hakimiyyət onların gücsüz qalmasını istəsə də, tamamilə meydandan çəkilməsini istəmir. Dünyanın onları millətin səsini qazana bilməyən müxalifət kimi tanıması üçün. Ona görə ki, dünya onları hakimiyyətin bir müxalifəti kimi tanısın. Elə müxalifət ki, millətin səsini qazana bilməsin. 2009-cu il seçkilərində Xatəminin yerinə Musəvi gəldi. Xatəmi 8 ildə bütün gücünü sərf etmişdi. Hakimiyyət Xatəminin gücünü və onu harada sıxışdırmaq mümkün olduğunu bilirdi. Musəvinin ətrafı isə Müşarikət Partiyasından olan “xərclənməmiş”, ehtibardan duşməyən və tam teknokrat qüvvələr idi - Əbdi, Mühacirani, Zeydabadi, Abdullah Nuri, Gənci. Musəvi rejimə qarşı deyildi , quruluşu dağıtmaq istəmirdi. Rejim dəyişikliyi meydana gəldiyi təqdirdə Musəvi millətin yanında olmayacaqdı. Musəvi Azərbaycanı öz ailəsi hesab etmir. Onun komandası farslar və farsçılardan ibarətdir. Bu gün Musəvi xanımı ilə birlikdə ev dustağıdır. Builki seçkilərdə dini lider islahatçıları tam neytral vəziyyətdə saxladı. Dini lider Xamneyi ilə Musəvi Təbriz yaxınlığında olan Şəbistərin Xamnə kəndindəndirlər. Demək olar ki, yaxın qonşudurlar. 2 türk hələ kənddən başlayan ədavəti bu gün İran dövləti səviyyəsinə qaldırıblar.

2. Şahçılar: İranda bu qrupa “səltənəttələb” deyirlər. Əslində bu söz onların verdiyi şüarlarla uyğun gəlmir. Bu qrupun başında duran şahzadə Rza Pəhləvi öz çıxışlarında demokratiyadan, federalizmdən və bəşər haqlarından danışır. Bu isə səltənəttələblik və şahlıq sistemi ilə uyğun gəlmir. Maliyyə baxımdan çox güclü qrupdur. 10-dan artıq telekanala, özəlliklə Amerikada güclü lobbiyə malikdir.

3. “İran Xalq Mücahidləri” qrupu şah dönəmindən öz istəkləri uğrunda mübarizə aparır. İdeoloji baxımdan islamçıdırlar. Silahlı mübarizə ilə hakimiyyəti ələ almaq istəyirlər. Mollaların öncül olmaların, habelə bu gün İranda hakim olan “vilayəte fəqih” institutunu qəbul etmirlər. İraqda 5000-ə yaxın hərbi qüvvəsi, Avropa ölkələrində isə güclü kadrları var.

Ən son statistikaya görə 20 mindən artıq siyasi gücü var. İran rejimi onları vətən xaini kimi tanıdıb. Bu siyasi qrup gələcəkdə Amerika tərəfindən istifadə ediləcək.

4. “Cümhuriyyətçilər”. Bu qrup İrandan xaricdə yaranıb. Çoxu ali təhsilli insanlardır. Gələcək İrana cümhuriyyət gətirmək onların planıdır. İçəridə Xatəmi hərəkatında olan tələbələri dəstəkləyirlər. Xalq arasında geniş tanınmayıb. Ancaq xaricdə özlərinə müəyyən yer ediblər. Gələcək üçün onlara heç bir ümid bəslənilmir.

5.Milli məzhəbilər və “Nəhzəte Azadi” , yəni azadlıq dəstələridir. Məzhəbə bağlı olduqları halda plüralizm, liberalizm, demokratiyaya inanan qrupa “Nəhzəte azadi“ Patiyası rəhbərlik edir. Universitet tələbələri arasında dayaqları var, İran içi əsas müxalifət sayılırlar. Ancaq indiyədək seçkilərə qatılmalarına imkan verilməyib. İnqilab yarada bilməsələr də səs qazanacaq qüvvələrdəndir. Gələcəkdə İranın qorunub saxlanılmasında rolları olacaq.

6. Bu qrup zamanı keçmiş qruplardır ki, kommunistlər bura aiddir. Ancaq İranda kommunizmin ömrü bitib. “Tudə” Partiyasının müəyyən üzvlərinin indi də öz təşkilatları ilə əlaqələrini qoruyub saxlamaları və bir sıra tədbirlər keçirməsinə baxmayaraq, millət arasında yerləri yoxdur.

7. Etnik qruplar: 1979-cu ildən tam fərqli olaraq çağdaş dönəmin siyasi hərəkətlərində başlıca hərəkatlar etnik hərəkatlardır. İranın ayrıseçkilik siyasətinə qarşı türklər, kürd, ərəb, bəluc və türkmənlər içində indilik milli hərəkatlar canlanmaqda və get-gedə güclənməkdədir. İran çapında başlandığı gündən bu günədək ardı kəsilmədən sürməkdə və get-gedə güclənməkdədir. Ən önəmlisi isə indiki İran dövlətində millətçiliyə qarşı gələcək güclü ideologiya yoxdur.

İrandakı etniklər haqda danışan H. Sadiqovun sözlərinə görə, kürdlər başqa etniklərə nisbətən silahlı mübarizə aparırlar: “İranda olan kürdlər 2 hissəyə bölünürlər. Hakimiyyət tərəfdarı olanlar və hakimiyyətə qarşı savaşanlar. Hakimyyət tərəfdarı olan kürdləri rejim lazımınca istifadə edir. Hakimiyyətə qarşı olanları isə rejim müxtəlif yollarla neytrallaşdırmağa çalışır. İran kürdləri Türkiyə ilə arasında olan zolaqda yerləşiblər. Bu İrana yox, Türkiyəyə təhlükədirlər. Kürdlərin PEJAK adında bilinən terror təşkilatları İrana qarşı silahlı mübarizə aparır. Son günlərdə Türkiyə ilə PKK arasında olan razılaşmadan İran çox narahatdır və durum onun düşündüyündən fərqli istiqamətə yönəlməkdədir.

İran ermənilərinə gəlincə, İran Parsabadla Culfa arasında olan sərhəddə erməni zolağı yaratmaq istəyir. Meqri və Xudafərin su elekrtik stansiyasının adı ilə erməniləri ora toplamaq planı var. Stansiya üçün 1000 nəfər lazımdır ki, həmin ailələri İsfahandan gətirmək istəyirlər. Ermənilər əsasən Tehranda, İsfahanda və az da olsa Təbriz, Urmiyada yaşayırlar .İranda öz dillərində məktəbləri və mətbuatı olan yeganə etnik qrupdur.

Bəluc İranın cənub-şərqində Bəluçistan əyalətində yaşayırlar. Pakistanda da 12 milyondan artıq bəluc yaşayır. Bəluclar rejimə qarşı sivil mübarizə aparsalar da, zamanla silahlı və terror mübarizəsinə keçdilər. Amerikalılarla çox güclü əlaqələri var. Misal üçün, Nayrobi tayfası ilə Amerikanın böyük ordu başçıları Əfqanıstanda çox zaman müzakirələr aparır.

Ərəblər isə dünyada neçə ərəb dövlətlərinin olmasına baxmayaraq heç birinin dəstəyini ala bilmir. İranın neftdən olan gəliri demək olar ki, ərəblər yaşayan Əhvaz bölgəsindəndir. Ancaq ərəblər səfalət içində yaşayırlar. Rejimin əsas gəliri bu bölgədən olduğuna burada fəaliyyət göstərən ərəb millətçilərinə qarşı rejim amansızdır. Demək olar ki, hər ay onlarla ərəb fəalı rejim tərəfindən asılır. Ərəblərin rejimə qarşı mübarizəsi əsasən İrandan kənardadır.

İndiki durumda siyasi müxalifətin içində yalnız Azərbaycan Milli Hərəkatı fəaliyyət göstərir. Azərbaycan Milli Hərəkatı içəridə şəraitə uyğun olaraq fəaliyyət edir. Buna görə də get-gedə xalq arasında özünə yer tapmaqdadır. Elə bir durum yaranıb ki, daha başqa qurum və partiyaların Güney Azərbaycanda yeri yoxdur. 1979-cu illərdə İranda üstün söyləm islamçılıq və şaha qarşı olmaq idisə, indi isə güneydə üstün söyləm millətçilikdir. Bu səbəbə İran Milli hərəkata qarşı xain planlar hazırlayır.

İran Ermənistanın təhlükəsizlik qüvvələrinə icazə verir ki, Güney Azərbaycanda çalışmağa icazə verir. Onlar daha çox Urmiyada yaşayan ermənilərlə əlaqədədirlər. ASALA ilə gizli anlaşma var. Əgər Amerika İranla müharibəyə başlayarsa Güney Azərbaycan millətçiləri ASALA tərəfindən hədəfə alınacaq. İranın Amerikanın hücum edəcəyi təqdirdə

Güney Azərbaycanda aşağıdakı planı həyata keçirəcək:

1.1500 millətçi həbs ediləcək;

2. İnternet kəsiləcək;

3. Təbrizdə hazırlanan qruplar milli fəalları sui-qəsd edəcək;

4. Güney Azərbaycanda hər hansı qalxınmanın qarşısını almaq üçün
Ermənistan kəşfiyyatından yardım alacaq və ASALA terrorçularından istifadə edəcək.

5. Azərbaycanla sərhədləri bağlayacaq.

6. Qaz və elektrik enerjisi kəsiləcək.

Zaman-zaman türkü-türkə qarşı istifadə etməyin mümkünsüzlüyü özünü göstərib. Rejim bunu bildiyindən 2006-ci ilin may hadisələrində Liviya, Ermənistan və fars əsgərlərindən istifadə etmişdi. Hakimiyyəti düşündürən önəmli məsələlərdən başlıcası hərəkatın siyasi xarakter daşıması, siyasi hərəkat kimi dünyada tanınması, azərbaycanlıların sayca çox olmasıdır, ordu, Sepah və Bəsic kimi orqanlarda çoxluq təşkil etmələridir. İranda onuncu prezident seçkisi zamanı hakimiyyətin süzgəcindən keçən 4 namizədin də milli məsələyə toxunması və Azərbaycan şəhərlərinə gələrək türkcə danışmaları, vəd vermələri göstərir ki, Güney Azərbaycan məsələsi ört-basır ediləcək səviyyəni aşıb. Bu gün Güney Azərbaycan milləti nə hakimiyyəti dəstəkləyir, nə də bu seçkilərdə seçiləcək hər hansı bir şəxsi. Ona görə ki, Güney Azərbaycanda indiki durumda təyinedici güc Güney Azərbaycan milli hərəkatıdır. Rejimdə bundan qorxuya düşərək ilk əvvəldə Oqtay Vəlizadəyə 8 il həbs Verdi. Yeni GAMOH-un sədri Lətif Həsənliyə və 4 Mərkəzi Komitə üzvünə Yürüş Mehrəlibəyli, Mahmud Fəzli, Behbud Quluzadə, Şəhram Radmehrə hərəsinə 9 il həbsə məhkum edildi. Prezidentliyə namizədlərin çoxunun seçicilərin rəğbətini qazanmaq üçün Güney Azərbaycan haqqında dediyi sözlər həqiqətdən uzaqdır. Ona görə ki Yürüş Mehrəlibəylini “Mən İrana xidmət edirəm, Azərbaycana isə nifrət edirəm” yazdıqmaq üçün 13 gün gecə-gündüz yuxusuz ayaq üstə saxladılar. Yürüş bəy isə “Azərbaycan mənim vətənim, QARABAĞ isə yaralı yerimdir” deyir. Bu səbəbdən Güney Azərbaycan haqqında namizədlərin səsləndirdikləri fikirlər həqiqətdən kənardır. Yadda saxlayaq ki, Azərbaycan dövləti 50 milyonluq Azərbaycan xalqının pənah yeridir və 50 milyonluq xalq özünü burda güvəndə hiss etməlidir”.

Elnarə Əlosmanqızı

Geri dön