Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > MDHP sədri, Millət vəkili Fərəc Quliyev Milli Məclisdə eks-prezident Əbülfəz Elçibəylə bağlı məsələ qaldırdı.
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Türkün şanlı tarixi, Siyasi partiyalar > MDHP sədri, Millət vəkili Fərəc Quliyev Milli Məclisdə eks-prezident Əbülfəz Elçibəylə bağlı məsələ qaldırdı.

MDHP sədri, Millət vəkili Fərəc Quliyev Milli Məclisdə eks-prezident Əbülfəz Elçibəylə bağlı məsələ qaldırdı.


14.05.2013-cü il tarixində Parlamentin iclasında Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev keçmiş prezident, Azərbaycan Xalq Hərəkatının lideri, mərhum Əbülfəz Elçibəyin dövlət səviyyəsində yubileyinin keçirilməsini, adının əbədiləşdirilməsi məsələsini qaldırdı. Və eyni zamanda Güney Azərbaycandakı milli fəalların azad olunması üçün Azərbaycan parlamentinin müraciət göndərilməsinin vacib məsələ olduğunu bidirdi.

Millət vəkili Fərəc Quliyevin bu müraciəti Azərbaycan milli azadlıq və dövlətçilik tarixində yer tutmuş Əbülfəz Elçibəyin adının əbədiləşdirliməsi və həmin dövr dövlətçilik tariximizə verilən əhəmiyyət baxımdan dəyərlidir.

Bundan başqa MDHP-nin sədri, Millət vəkili Fərəc Quliyev sabiq prezident, Azəbaycan milli azadlıq hərəkatının lideri, AXCP-nin sabiq sədri, şərqşünas-alim Əbülfəz Elçibəyin dövlət səviyyəsində adının əbədiləşdirilməsi ilə bağlı aşağıdakı təklifləri irəli sürür:

1- Kitabxanın yaradılması;
2- Ev muzeyinin yaradılması;
3- Küçələrdən birinə adının verilməsi;
4- Bibloqrafiyasının hazırlanması;
5- Əsərlərinin çapı;
6- Kitabxanalarda kataloqunun yaradılması;
7- Sənədli film çəkilməsi;
8- Fondun yaradılması;
9- Heykəlinin qoyulması; (yaxşı olardı ki, anadan olduğu yerdə və Bakıda heykəli ucaldılsın)
10- Parklardan birinə adının verilməsi;
11- Prezident olduğu dövrün tarixinin dəqiq və qərərsiz işıqlandırılması və öyrənilməsi;
12- Hər il doğum və ölüm tarixinin yad edilməsi;
13- Elmi, siyasi, həyatı və hərəkat fəaliyyəti ilə bağlı dəyirmi masa və elmi-praktik konfransların keçirilməsi

Arzu edərdik ki, eks prezident, Azəbaycan milli azadlıq hərəkatının lideri, AXCP-nin sabiq sədri, şərqşünas-alim Əbülfəz Elçibəy Azərbaycanda hakimiyyətdə olduğu dönəmdə müstəqil xarici siyast kursu yeridən, Azərbaycandan rus qoşunlarının çıxarılmasına fərman verən, milli ordumuzu formalaşdıran, təhsil sistemində reformalar həyata keçirən, test üsulunu ilk dəfə tətbiq edən, milli valyutamızı dövriyəyə buraxan, Bütöv Azərbaycan məfkurəsini siyasi gündəmə gətirən, demokratik dövlət qurucusu, azad və demokratik yolla prezident seçilən, dünya azərbaycanlıların həmrəylik gününü dövlət səviyyəsinə qaldıran, Azərbaycan xalqının böyük rəğbət hissini qazanan, prezidentlik postunu “Hakimiyyət müvəqqətidir, millət əbədidir”, “Hakimiyyəti məqsəd yox, vasitə hesab edən” prinsipi ilə tərk edən bu böyük şəxsiyyət, millət sevdalısı və Bütöv Azərbaycan aşiqi olan BƏYƏ dövlət səviyyəsində adının əbədiləşdirilməsinə ən böyük tövhə olardı.
RUHUN ŞAD OLSUN BƏY!

MDHP-nın Mətbuat Xidməti

Geri dön