Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Misirdə seçkilərdə dini şüarlardan istifadəyə icazə ləğv olunub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət > Misirdə seçkilərdə dini şüarlardan istifadəyə icazə ləğv olunub

Misirdə seçkilərdə dini şüarlardan istifadəyə icazə ləğv olunub


Misir Ali Məhkəməsi "Seçkilər haqqında" qanunun seçkiqabağı təbliğat kampaniyasında dini şüarlardan istifadəyə qoyulan qadağanı aradan götürən hissəsini ləğv edib. Bu barədə "Associated Press" xəbər verir.
Bu qərar keçmiş Prezident Hüsni Mübarəkə və öz siyasətində müttəfiq-islamçılara arxalanan Prezident Məhəmməd Mursiyə loyallıq nümayiş etdirən məhkəmə orqanları arasında gərginliyin son təzahürü olub.
Məhkəmə öz qərarını onunla əsaslandırıb ki, seçki kampaniyası zamanı dini şüarlara birbaşa qadağanın olmaması milli birliyə ziddir və seçiciləri namizədin seçki platformasını öyrənməkdən yayındıracaq.
Qanun layihəsi tamamlanması üçün parlamentin yuxarı palatasına göndəriləcək. Xatırladaq ki, parlamentin aşağı palatası ötən il Ali Məhkəmə tərəfindən buraxılıb.
Qeyd edək ki, bundan əvvəl M.Mursi seçkilərin apreldə keçirilməsini planlaşdırırdı. Bu yaxınlarda isə o bəyan edib ki, seçkilər oktyabrda keçirilə bilər.

Geri dön