Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Bir qadın, bir ana, bir yazıçı və bir şairəyəm
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Mədəniyyət, Müsahibə > Bir qadın, bir ana, bir yazıçı və bir şairəyəm

Bir qadın, bir ana, bir yazıçı və bir şairəyəm


Xoylu şairə və yazıçı Rüqəyya Kəbiri suallarımızı cavlandırıb

"Şəms Təbrizinin məzarı yerləşən torpaqda doğulmuşam"

-Doğulduğum şəhərlə fəxr edərəm. Şəms Təbrizinin məzarı yerləşən torpaqda - Azərbaycanın Xoy şəhərində doğulmuşam. Bir qadın, bir ana, bir yazıçı və şairəyəm. Səhiyyə sahəsində təhsil almışam və çalışıram. 26 ildir ki, ailəmlə birlikdə Təbrizdə yaşayıram.

-Nə zamandan şeir yazmağa başlamısız?
-Yazıçılq potensialı məndə şairlikdən daha artıqdır. Mən ədəbiyyatı farsca başlayıb və 7 il olar ki, türkcə(azərbaycanca) yazıram. Bu sahədə ciddi çalışıram. Çalışmalarımın nəticəsi olaraq bu günə qədər azərbaycanca 7 kitabım çap olunub. Bu təlifatin ikisi şeir və beşi isə hekayə və roman olub. Deməliyəm ki, mənim farsca da kitabım çap olunub. Azərbaycan dilindən farscaya tərcümələrim olub. Bir neçə günə Pərviz Cəbrayılın seçilmış şeirlərinin farsca tərcüməsi nəşr olunacaq.

-Əsasən hansı vəzndə şeir yazırsınız?
-Mən sərbəst şeir yazıram. Şeir və hekayədə mifioloji marağımı cəlb edən movzulardan olub. Bu mövzuda tanınmış şairimiz Kiyan Xiyovla birlikdə “Əsli və Kərəm” dastanının mifik düşüncələrlə bağlı yeni bir anlamda yazıb yaratmışıq. Bu əsər son günlərdə Təbrizin keçirilmiş kitab musabiqəsində, seçilmış kitablardan biri oldu.

"İrandakı azərbaycandilli yazıçılar dünya ədəbiyyatıyla daha çox tanışdırlar"

-İranda azəri ədəbiyyatının durumu necədir? Ümumiyyələ, o taylı- bu taylı ədəbiyyatımızda hansı problemlər var?
-İranda türkcə ədəbiyyat günü- gündən inkişaf etməkdədir. Gənclərimiz türkcə yazmağa daha artıq həvəs göstərirlər.

Dil baxımından bəlkə axsaqlıq var. Amma sanıram İranda azərbaycandilli yazıçılar dünya ədəbiyyatıyla daha artıq tanışdılar. Bunun səbəbi rahatca əlimizə çatan, farscaya tərcümə olunmuş böyük ədiblərin əsərləri olub. Bu üzdən bizim yazarlar texnik baxımından daha güclü və daha başarılıdılar.
O tayda yaşamadığıma görə o tayı diyə bilmərəm, ancaq İran Azərbaycanında bəlkə ən əsas problem dil problemidi. Və onun səbəbi təhsil almadığımız dilində yazmağımız ola bilər. Tənqid ikinci problemdir. Professional tənqidçimiz olmadığı səbəbdan əsərlər ciddi halda tənqid olunmur.

-Biz Azərbaycanımızın dərdlərini, problemlərini ədəbiyyata necə gətirməliyik?
-Təbi ki, heç bir yazıçı ki öz millətindən ayrı yaşamır. Yazıları milətin dərdi, hekayəsidir. Mən bir qadın yazıçısı olaraq, qadınların deyilməmiş, yazılmamış dərdlərin yazmağa daha artıq maraqlıyam.

-Yenidən Cənubda Şəhriyarlar, Səhəndlər yetişdirmək üçün nə etməliyik?
-Şəhriyar və Səhənd bizim ədəbiyyatımızın kökü sayılır. Hər əsrdə və hər zamanda əsərləri qaları olacaq. Amma məncə biz ədəbiyyatımızın kökünə dayanaraq, günümüzə ayıq güclü yazarlar və şairlər yetişdirməliyik.

Cənub ədəbiyytına göstərdiyiniz diqqətə görə təşşəkürlərimi bildirirəm.

Sübhan Ələkbəroğlu

Geri dön