Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > 13 yaşlı qız 200 nəfərə siqareti tərgitdirib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sağlıq, Müsahibə > 13 yaşlı qız 200 nəfərə siqareti tərgitdirib

13 yaşlı qız 200 nəfərə siqareti tərgitdirib


O, Facebookda bununla bağlı böyük layihə hazırlayır

Müsahibimin 13 yaşı var. Amma həyata keçirdiyi layihə bu qızcığazı bu yaşında Türkiyədə məşhur edib. İbtidai məktəbin 3-cü sinfində oxuyan Doğa Əkər həyata keçirdiyi “Siqaretsiz ailəm” layihəsi ölkədə bir çox insanın siqareti tərgitməsinə səbəb olub. Əvvəlcə ailəsində siqareti tərgitmək üçün başlatdığı bu kampaniya öz səmərəsini verib və atası ilə dayısı siqareti tez bir vaxtda atıblar. Bu təşəbbüsün səbəbini isə gəlin onun öz dilindən eşidək:

- 3 il əvvəl atamla dayım siqaret çəkirdilər. Əvvəlcə, “Ata siqareti burax deyə” İstanbulda olan atamla dayıma ictimai mediadan səsləndim və sosial şəbəkələrdə sadə videolar yaydım. Sonra çoxlu sayda insan mənimlə həmrəy olduğunu bilib bu təşəbbüsə qoşuldu.

- Ailən sənə kömək oldumu?

- Bəli, kömək oldu. Əvvəlcə mənə hörmət göstərdi və istədiyim hər mühiti yaratdı. Bununla da layihəmiz böyüdü. Amma insanların siqareti atması çox çətin olur. Əvvəl dayım, sonra da atam siqareti buraxdı. Bizə bır neçə məşhur insan da dəstək verdi və layihə “Siqaretsiz ailəm” adını aldı. Facebook səhifəmdə 4500 adam var, bir çoxu da Azərbaycandan olduğu üçün üzvlərin sayı yüksəldi. Bir azərbaycanlı dostum Antalyaya gəldi və evimizdə qonaq oldu. O, ortaq proyektimizə dəstək verir. Onun da video və şəkilləri var. Uşaqları qorumaq lazımdır. Bir gilə siqaret möhkəm quruluşlu bir insandan 5 dəqiqə ömür alır. Normal quruluşlu bir insandanda bu 15 dəqiqə edir. Bu hesabla bir siqaret insan ömründən 15 il alır. Hər kəs bilməlidir ki, siqaret bir qatildir və yavaş-yavaş, hiss etdirmədən öldürür. Təqaüdçü olursan, nəvələrin dünyaya gəlir, onları sevmədən ya xərçəng olursan, ya da KOAH xəstəliyinə tutulursan. Onu da deyim ki, məşhur bir siqaret markasının sahibi xərçəngdən öldü. Uşaqlarımızı qorumalıyıq! Əgər evdə, balkonda siqaret çəkirsinizsə, övladınız da bunu görür, həvəslənir və mütləq aludəçisi olur. Bunu etməməliyik. Bizə əmanət edilmiş uşaqlarımızı qorumalıyıq, onların da haqlarını unutmamalıyıq. Çünki doğru, sağlam təhsil vermək hər ailənin vəzifəsidir. Siqaret bir xəstəlikdir, insanlıq günahıdır. Yol qəzasından ölənlərdən qat-qat çoxu siqaretdən ölməkdədir. Ayrıca, siqaret çəkənin müalicə xərci həddindən artıq çoxdur, bu da hər kəsin cibindən çıxır.

- Bu layihəni Azərbaycanda da başlamaq istəmirsiz?

- Azərbaycanın Türkiyədən bir fərqi yoxdur. Mən onları çox sevirəm və layihəmizi Azərbaycanda da dəstəkləyirlər. Əlbəttə, bunun Azərbaycanda da davam etməsini istərdim. Onu da deyim ki, irəlidə mütləq Azərbaycanla bağlı çalışmalarım olacaq. Azərbaycanda həyata keçiriləcək layihə burdakının eyni olacaq. Azərbaycanda könüllülərə ehtiyacım var. Facebook səhifəmə baxsanız, Azərbaycanın xüsusi bir yeri olduğunu görəcəksiniz. Azərbaycan bayrağını nə zaman görsəm, öz bayrağım kimi sarılaram, çünki milliyyətçi duyğularım qabarır. Səhifəmdəki videolara baxsanız, hamısını görərsiniz. Ora da mənimdir, bura da. Vətəninizə, sizdən birinizə bir şey olduğunda acı çəkirəm.

- Türkiyədə bu layihəni dövlət adamlarından dəstəkləyənlər varmı?

- 17 plakatım var. Bundan başqa dövlət və xüsusi sektor tərəfindən verilmiş lövhələrim var.

- Layihənizi başqa hansı ölkədə tanıtmaq istəyərdiniz?

- Ölkə ayırmaq səhv olar. Bütün insanlığın bu xəstəlikdən xilas olmasını istəyərdim, amma layihəmin səsini eşitdirəcəyim əsas yer türk dünyasıdır, çünki onlarla eyni dili danışdığımız üçün daha asan olacaq.

- Başqa hansı layihələriniz var?

- Bir başqa layihəmiz 1200-cü illərdən günümüzədək türk tarixini tanıtmaqdır. Türkiyədəki ən böyük yazarlar könüllü olaraq bu layihəmizə dəstək verirlər və kameraların qarşısına keçib bütün yaşananları izah edirlər. Bütün yazıçılarla bir illik ortaq işin nəticəsində bir kitab yazmağı planlaşdırırıq və çox da gözəl olacaq.

- Sonda Azərbaycanlı gənclərə nə təklif edərdiniz?

- Azərbaycanlı qardaşlarıma söyləmək istədiyim odur ki, siqaretli mühitə girməyin, böyüklərinizə xəbərdarlıq edin. Qapalı və qələbəlik olan yerlərdə siqaretdən özünüzü qoruyun və sizin də mütləq bir layihəniz olsun. Yaşaya bilmək üçün sağlamlıq çox əhəmiyyətlidir. Sağlam yaşamaq üçün insan sağlamlığına zərər vuran hər şeydən, xüsusilə də siqaretdən uzaq durmaq lazımdır.

Samir Aslan

Geri dön