Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev > Avronest Parlament Assambleyası Azərbaycan nümayəndə heyətinin üzvü, Milli Dirçəliş Hərəkatı partiyasının sədri Fərəc Quliyev Belçikada səfərdədir.
Avronest Parlament Assambleyası Azərbaycan nümayəndə heyətinin üzvü, Milli Dirçəliş Hərəkatı partiyasının sədri Fərəc Quliyev Belçikada səfərdədir. |
Avronest Parlament Assambleyası - 29.05.2013 Plenar iclasın ikinci günü.
Avronest Parlament Assambleyasının plenar sessiyasında Azərbaycan nümayəndə heyətinin üzvü Fərəc Quliyevin ,Vulnusda keçiriləcək sammitə təklifləri: Təşəkkür edirəm, cənab sədr! Hörmətli kolleqalar, Vulnusda keçiriləcək sammitə təkliflərimi nəzərinizə çatdırmaq istəyirəm. Əvvəla hamımız bilirik ki, Avronest Parlament Assambleyasının fəlsəfəsi əməkdaşlıqdırsa, əməkdaşlığın özünün hədəfi də təhlükəsizlikdir. Buraya iqtisadi təhlükəsizlik, ərzaq təhlükəsizliyi, sərhədlərin toxunulmazlığı, ərazi bütövlüyü, suverenliyin qorunması və s. aiddir. Dünən cənab Fulenin konseptual bir çıxışı oldu və o, həm Aİ-nin prioritet və hədəflərini göstərdi və həm də Şərq tərəfdaşlarının Avropa təsisatlarından gözləntilərini soruşdu. Şərq tərəfdaşları təbii ki, əməkdaşlıqda maraqlıdır. Amma şərq tərəfdaşlarının yerləşdiyi bölgədə münaqişələr varsa və bu münaqişələr öz həllini tapmırsa hansı əməkdaşlıqdan danışmaq mümkündür? Bu yalnız işğal altında olan Şərq Tərəfdaşlığı ölkələrinin işğal olunmuş ərazilərinin işğaldan azad olunması müqabilində reallaşa bilər. BMT tərəfindən tanınmış sərhədlərə, o cümlədən Şərq Tərəfdaşlığı ölkələrinin sərhədlərinə hörmətlə yanaşılmalı və ümumi səylərlə Azərbaycan və Gürcüstanın pozulmuş ərazi bütövlüyü bərpa olunmalı, işğalçı ordular bu ölkələrin ərazilərindən çıxarılmalıdır. Avropa təsisatları yoxsulluğun səbəblərini araşdırmaq və onu aradan qaldırmaq istiqamətində təkliflər verirsə, Şərq Tərəfdaşlığı Aİ və tərəfdaşları arasında sonrakı iqtisadi inteqrasiyaya və dərin və hərtərəfli azad ticarət zonaları şəbəkəsi qurmaq istəyirsə Ermənstanın Azərbaycanın ərazilərini işğal etməsinə və Rusiyanın Gürcüstanın ərazilərini işğal etməsinə, Ukraynada, Moldovadakı süni münaqişələrə göz yummamalıdır. Bütün bunlarınsa Rusiya ilə birbaşa əlaqəsini göstərməkdən çəkinməməlidir. Bütün bu süni münaqişələrin müəllifinin Rusiya olduğunu kim bilmir? Bu münaqişələr həll olunmadıqca Rusiyanın istəkləri daha da artır. Dünən Rusiyanın Avrasiya blokunu, çəkinərək əməkdaşlıq projesi kimi təqdim edənler bilməlidirlər ki, bu əməkdaşlıq platforması yox, Rusiyanın imperiya ambissiyası və revanş cəhdidir. Mən bütün bunları nəzərə alaraq Vulnus sammitində Şərq Tərəfdaşları ölkələrində Rusiyanın süni şəkildə yaratdığı münaqişələrin müzakirəsi və həll olunma reseptinin tapılmasını təklif edirəm. Əks təqdirdə Şərq Tərəfdaşları ölkələrində əhalinin Avropa təsisatlarına inamına böyük zərbə dəyəcəkdir. Diqqətinizə görə təşəkkür edirəm. MDHP mətbuat xidməti Geri dön |