Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Bakıda II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ilə bağlı mətbuat konfransı
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Mədəniyyət > Bakıda II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ilə bağlı mətbuat konfransı

Bakıda II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ilə bağlı mətbuat konfransı


Bakıda təşkil olunacaq II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ilə bağlı mətbuat konfransı keçirilib.Konfransda əvvəlcə mədəniyyət və turizm naziri Əbülfəz Qarayev forumun gündəliyi haqda məlumat verib.


Sonra çıxış edən BMT-nin Sivilizasiya Alyansı üzrə ali nümayəndəsi Nəsir Əbdüləziz əl Nasir tədbirin əhəmiyyətindən danışıb. İSESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycri isə vətəni Suriyadakı vəziyyətə toxunub: “Orada vəziyyət çox gərgindir. Ümid edirəm ki, sonda hər şey yaxşı olacaq. Suriya xalqı müqəddəratını özü müəyyən etməlidir və üçüncü tərəfin ora müdaxilə edilməsini istəmirik. Azərbaycana gəlincə isə, bu ölkə digərləri üçün model ola bilər. Burada müxtəlif dinlərin nümayəndələrinin birgə yaşaması başqaları üçün nümunədir”.

UNESCO baş direktorun müavini Katerina Stenu bildirib ki, Avropada maliyyə böhranı səbəbindən inkişaf dayanıb, digər ölkələr isə inkişafını davam etdirir: “İnsanların inkişafını heç nə dayandıra bilməz. Bakıda keçiriləcək forum bu inkişafa və müxtəlifliyə yardım edir. Düşünürəm ki, Bakı mədəniyyətlərarası dialoqun paytaxtı ola bilər”.

Ümumdünya Turizm Təşkilatının Yaxın Şərq üzrə regional direktoru Əli Qafar isə bildirib ki, turizmin inkişafı üçün sülh, əmin-amanlıq, insanlar arasında qarşılıqlı hörməti kimi amillər vacibdir. Forumun tolerantlığın inkişaf etdirməsi nöqteyi-nəzərdən vacibliyinə toxunan Ə. Qafar forumun işinə uğurlar arzulayıb.

Geri dön