Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Uşaqların Beynəlxalq Müdafiəsi Günündə qanvermə aksiyası keçiriləcək
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Gündəm > Uşaqların Beynəlxalq Müdafiəsi Günündə qanvermə aksiyası keçiriləcək

Uşaqların Beynəlxalq Müdafiəsi Günündə qanvermə aksiyası keçiriləcək


Bildiyimiz kimi 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Hər il bu münasibətlə bir sıra xeyriyyə aksiyaları həyata keçirilir. Bu ildə Qan Donorları Assosiasiyası və “Yeraltı kitab” evinin təşkilatçılığı ilə könüllü qanvermə aksiyası keçiriləcəkdir.
İyunun 1-də B.Eyvazov adına Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankında təşkil olunacaq aksiyada sağlamlığı imkan verən hər kəs iştirak edə bilər.
Aksiyanın keçirilməsində məqsəd irsi qan xəstəliklərindən əziyyət çəkən uşaq və yeniyetmələrin qana olan ehtiyaclarını ödəməkdir.
Üç saat davam edəcək aksiyada toplanacaq qan hemofiliyalı və talassemiyalı uşaqların müalicəsində təmənnasız istifadə olunacaqdır.

Geri dön