Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > BMT-nin insan haqları üzrə xüsusi məruzəçisi İranı sərt tənqid edib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Hüquq > BMT-nin insan haqları üzrə xüsusi məruzəçisi İranı sərt tənqid edib

BMT-nin insan haqları üzrə xüsusi məruzəçisi İranı sərt tənqid edib


BMT-nin İranda insan haqları üzrə xüsusi məruzəçisi Əhməd Şəhid rəsmi Tehranı sərt tənqid edib.
Ə.Şəhid İran prezidentliyinə namizəd kimi qeydiyyatdan keçmiş şəxslərin əksəriyyətinin səlahiyyətinin rədd edilməsini pisləyib: “Bu məsələ tamamilə ayrı-seçkilikdir və insanların siyasi hadisələrdə iştirak etmək haqqına ziddir. Əgər səlahiyyətlər rədd edilirsə, gərək tərəfsizlik nümayiş etdirilməli və güclü məntiqə əsaslanmalıdır”.



Bundan əlavə, BMT-nin insan haqları üzrə üç ayrı eksperti də İranda prezidentliyinə namizəd kimi qeydiyyatdan keçmiş qadınların seçkilərdə iştirakının qarşısının alınmasını beynəlxalq qayda-qanunlara zidd adlandırıb. Onlar hesab edir ki, bu addım BMT-nin siyasi və mədəni hüquqlarla bağlı müddəalarına ziddir. Onlar hazırda iki ildən çoxdur ev dustaqlığında saxlanılan İran müxalifətinin liderləri Mirhüseyn Musəvi və Mehdi Kərrubinin, eyni zamanda ölkə həbsxanalarındakı 40 jurnalistin azadlığa buraxılmasını istəyiblər.



Qeyd edək ki, İranda bu il iyunun 14-də keçiriləcək prezident seçkilərində iştirak etmək üçün 30-u qadın olmaqla 686 nəfər qeydiyyatdan keçsə də, İran Konstitusiyasına Nəzarət Şurası (Şura-ye Negəhban) onlardan yalnız 8-nin səlahiyyətini təsdiqləyib.

Geri dön