Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > Moskvanın qisası…
Moskvanın qisası… |
Bir müddət əvvəl mətbuatda məlumat yayıldı ki, Rusiya Ermənistandakı bazasını «İskəndər-M» raketləri və «Tornado-Q» sistemləri ilə təchiz edərək daha da gücləndirmək istəyir. Eyni zamanda, bildirildi ki, Gümrüdə yerləşən Rusiyanın 102-ci hərbi bazası sürətli şəkildə silahlanmaya başlayıb. O zaman bu informasiya nə təsdiq, nə də inkar edildi. Ancaq çox az müddətdən sonra həmin informasiyanın təsdiqi gəldi. Belə ki, Dünyada Silah Alverinin Analizi Mərkəzinin direktoru İqor Koretçenko ölkəsinin Ermənistana silah ixrac etməsini təsdiqləyib. Rusiyadan Ermənistana «İskəndər-M» raket kompleksi və «Tornado-Q» yaylım atəş sistemlərinin göndəriləcəyilə bağlı sualı şərh edən hərbi ekspert bildirib ki, söhbət hərbi obyektlərin müasirləşdirilməsindən və Ermənistan silahlı qüvvələrinin yeni silah növləri ilə təchizatından gedir.
İqor Koretçenko daha sonra bildirib ki, Ermənistan Rusiyanın strateji müttəfiqidir və dost ölkədir:»Moskva İrəvanla müttəfiqliyə xüsusi önəm verir». Rusiya və Ermənistan arasında silah mübadiləsinə Azərbaycanın reaksiyası ilə bağlı münasibətə gəldikdə isə hərbi ekspert bunları söyləyib:»Bakı istədiyi kimi reaksiya verə bilər. Biz unutmayacağıq ki, Bakının «praktiki» siyasəti nəticəsində Rusiya Azərbaycan ərazisindəki radiolokasiya stansiyasını itirib. Bizi oradan icarə haqqının artırılması bəhanəsilə çıxardılar». İqor Koretçenko rəsmi Moskvanın buna görə Bakıdan qisas almaq fikrində olmadığını desə də, hər şey ortadadır. Rusiya hər zaman Azərbaycandan qisası açıq-aşkar almayıb, gizlində və yaxud dolayı yolla işlərini görüb. Elə götürək Azərbyacanın 20 faiz torpaqlarını işğala məruz qoyan Ermənistanı silahlandırmasını. Heçə illərdir Rusiya «strateji müttəfiq və dost ölkə» deyib, Ermənistana ən müasir silahlar verir. Satmır, məhz verir. Çünki Ermənistanın həmin silahları almağa iqtisadi gücü yoxdur. Rəsmi İrəvan ölkə əhalisinin ərzaqla təminatında acizlik göstərir, o ki, qalsın müasir silahları alsın. Rusiyanın silahlandırma məsələsində məqsədi məlumdur, Azərbaycanın gözünü qorxutmaq, müharibə yenidən başlayacağı halda düşmən ölkəni müasir silahlarla təmin etmək. Azərbaycan müstəqillik qazanandan bu yana müstəqil siyasət yeridir və ölkənin, xalqın maraqlarını hər şeydən vacib sayır. Bu sayaq müstəqil siyasət isə Rusiyanın maraqlarına ziddir. Rəsmi Moskva Ermənistanla istədiyi kimi davrana bilir. Və bu davranışlarını Cənubi Qafqazın digər ölkələrinə-Gürcüstana, Azərbaycana da şamil etmək istəyir. Rusiyanın bəzi istəklərini baş nazir İvanişvili artıq gerçəkləşdirib. Ancaq bu istəklər Azərbaycanda baş tutmur. Belə olan halda da rəsmi Moskva gizli və aşkar qisas planlarını işə salıb. Bu cür planları icra edənlər isə öz içimizdən olanlardır-kinodramaturq Rüstəm İbrahimbəyov kimiləri… Arzu Şirinova Geri dön |