Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > DAVAMın yazıları > Erkən nigahlar
Erkən nigahlar |
Bildiyimiz kimi, Milli Məclisin Ailə məcəlləsində qadınların nikaha girməsi yaşının dəyişdirilməsi ilə bağlı qərar verib. Belə ki, bundan sonra nigaha girən hər iki tərəf üçün minimal yaş göstəricisi 18 yaş oldu. Bu qanuna əməl olunmadığı halda günahkarlar cinayət məcəlləsinə müvafiq qaydada 4-5 il həbs cəzası, 5000-7000 manat cərimə ilə cəzalanacaqlar. Sizə maraqlı deyil, bu qanunun əhəmiyyəti nədən ibarətdir?
Erkən nigahlar nəinki türk milləti, bütün müsəlmanlar üçün ən qlobal problemlərdən biridir. Bu gün dünya cəmiyyətləri elm, tərəqqi uğrunda çalışarkən bizim ulus hələ də insanlarla yaşına uyğun rəftar etməyi öyrənməyə və öyrətməyə çalışır. Bu, böyük problemdir amma, bu problemin kökünə varsaq problemlərdən daha böyük olan, bu problemlərin yaranma səbəbidir. Erkən nigahların bir nömrəli səbəbi cahillikdir. Əgər fikir versək, görərik ki, erkən nigahların yayılma arealında böyük tədris, təlim problemi yaşanmaqdadır. Bəs görəsən, bu problemlər nədən doğur? Ümumiyyətlə, erkən nigahlar tədrissizliyin nəticəsi olmaqla bərabər həm də onun səbəbidir. Təsəvvür edin ki, Azərbaycanda 16-17 yaşlı qızların 20, Türkiyədə isə 48 faizi təhsildən uzaqdır. Bu ölkənin təhsil səviyyəsinin potensialını əhəmiyyətli dərəcədə azaldır. Bunun nəticəsində Qazaxıstan, Türkmənistan, Özbəkistanda savadsızlıq baş alıb gedir. Erkən nigahlar həm də ailələrin dağılma hallarını çoxaldır. Son illərdə Türk dövlətlərinin əksəriyyətində boşanma halları kəskin surətdə artıb. Bu, məhz indi, müasir zamanda mentalitetin yerini itirməsinə görə meydana çıxıb. Boşanma hallarının artmasının nəticəsi isə dövlətlərdə demoqrafik böhran və əxlaqsızlığın artması ilə nəticələnir. Çoxuşaqlılığın azalması türk geninə bir hücumdur. Əxlaqsızlığın milli mənlik şüuruna vurduğu zərbəni isə nəzərinizə çatdırmağa ehtiyac duymuruq. Sonda onu bildirmək istəyirik ki, tarix boyu bir milləti məhv etmək üçün onun milli dəyərlərini əlindən alırlar. Bunu əsasən üç yolla edirlər : savadsızlıq, cəmiyyət arasında ayrılıq və əxlaqsızlıq. Bunu biz yox, “Böyük Fransa Mason Lojası”nın tərkibində olan qadın mason lojalarından birinin ustası bu barədə illər öncə yazmış, bu yazı 1978-ci ildə masonluğu təbliğ edən jurnallarından birində çap olunmuşdu. P.S. Erkən nigahların türk millətinin ənənələrinə zidd olduğundan əmin olmaq üçün Türkiyədə və Azərbaycanda erkən nigahların xarakterik olduğu bölgələrə baxmaq kifayətdir. Gülümsəyin cənablar, gülümsəyin. Geri dön |