Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Fars şovinizmi V YAZI
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan-Təbriz > Fars şovinizmi V YAZI

Fars şovinizmi V YAZI


“"İran" xəyalı bir qatışıq, gerçək anlayışa gəlməyən bir ifadədir”


Ərəb dilində "p" səsi yoxdur, ona görə də ərəblər "pars"a "fars" dedilər. Elə bundan dolayı parslar özləri də bundan sonra özlərinə fars dedilər. Ərəblər Parsa əyalətini "Bilad əl-fars" ("fars ölkəsi") adlandırdılar. Ərəb zülmünə tab gətirməyən fars zalımlarının bir qismi köçüb-qaçıb öz əski baba yurdları olan Hindistana qayıtdı. Qalanlar isə islam dinini qəbul edib nəfəs çəkmədən ərəb ağalarına can və könüldən qulluq etməyə başladılar. İslam dinini qəbul edən farslar onu içəridən parçalamaq üçün yollar axtarırdılar. Bu haqda bir az sonra!

Bir daha xatırladırıq ki, fars şovinizminin tarix boyu söykəndiyi əsas qaynaqlardan, dayaqlardan biri mifləşdirdikləri Əhəmənlilər və Sasanlıların tarixi olmuşdur. Bu sülalələrin tarixinin necə mifləşdirildiyi çox geniş bir mövzudur. Bu haqda bir neçə cild kitab yazmaq olar. Biz burada, sadəcə olaraq, bir neçə misalla qısaca həmən xətti çətin də olsa göstərməyə çalışacağıq. Əgər gələcəkdə vaxt və imkan olsa fars şovinizminin, panfarsizmin və paniranizmin bütün köklərini və budaqlarını araşdırıb üzə çıxarmağa, onun antibəşəri mahiyyətini açıb göstərməyə cəhd göstərəcəyik. Bu mövzunu araşdırmaq çox önəmlidir. Çünki fars şovinizminin, panfarsizmin və paniranizmin ən böyük zərəri türk millətinə olmuş, bu tülkü hiyləgərliyi ilə yaradılmış iblis məfkurəsi türk millətinə sağalmaz yaralar vurmuş və vurmaqdadır. Ayrıca olaraq Türkiyə, İraq, Azərbaycan və Orta Asiya türkləri birdönəlik, yəqinliklə bilməlidirlər ki, rus və fars şovinizmi biz türklərin ən qəddar, amansız düşmənidir və onlara qarşı amansız mübarizə aparmalıyıq! Birdönəlik, tam yəqinliklə bilməliyik ki, panfarsizm (farsçılıq) və paniranizm fars şovinizminin qoşa qanadlarıdır, biri obirinin tərs üzüdür, panfarsizmdə ifşa olanlar paniranizmdə gizlənirlər.

"Fars" aydındır - bir xalqın adıdır. "İran" isə aydın deyil, mücərrəd bir anlayışdır. Mücərrəd, qaranlıq, kimsəyə aydın olmayan, qondarma bir sözün və sözcüyün adı ilə alver etmək, düşüncələri dumanlatmaq daha qolay olur. 40 (qırx) ilə yaxındır ki, mən bu sözün hansı anlam daşıdığını yüzlərlə insanlardan, alimlərdən sormuşam, kimsə buna aydın, dəqiq bir cavab verə bilməyib.
"İran" bir coğrafi anlayışdırmı? Yox! Əgər coğrafi anlayışdırsa hansı yerləri, torpaqları əhatə edir? Heç bir ərazini!
"İran" dövlət anlayışıdırmı? Yox!

Uzun sözün qısası, "İran" xəyalı bir qatışıq, gerçək anlayışa gəlməyən bir ifadədir.
Nə isə! Belə aydın olur ki, Yaxın Doğuda tarixi-coğrafi anlayışlar olan Azərbaycan, Xorasan, Türküstan, Bəlucistan, Parsa, Əcəm İraqı, Dəyləm, Təbəristan və başqaları zaman-zaman bir dövlətdə, daha doğrusu hansısa bir imperiyada birləşdirilərək "İran" adlandırılmışdır.
Məsələnin əsl mahiyyətinə keçək. Adları yuxarıda çəkilən ölkələrin ən qədim və əsas əhalisi on min illərdir ki, türklər olmuşdur. Parslar bu əraziyə aşağı-yuxarı 2800 il bundan öncə gəlmiş, 2550 il bundan qabaq, yeni eradan əvvəl 553-cü ildə Midiya dövlətində hakimiyyəti ələ keçirmiş və fars sülaləsi Əhəmənilər şahlıq taxtına oturmuşdur (eradan öncə 553-330-cü illər). Beləliklə, Parsalı şahların tarixi farsların tarixinə çevrilmişdir.

Elə bununla bağlı olaraq, hamının bildiyi kimi farsların son şahı Məhəmmədrza Pəhləvi öz şahlığı dövründə göstəriş verdi ki, ölkədə işlədilən miladı (xristian) və hicri (müsəlman) təqvimlərindən əlavə yeni təqvim yaradılsın və bu təqvim Əhəmənilərin birinci hökmdarı-şahənşahı II Kirin taxta çıxdığı ildən başlasın. Həmin təqvim yaradıldı və adını da "İran təqvimi" qoydular. Bəli, bu idi 2500 il sürüb gələn fars şovinizminin bir nəticəsi və mahiyyəti. Tarixi, ədəbiyyatı, elmin hansı sahələrini araşdırırsınız araşdırın, fars xalqının tarixi yoxdur, fars şahlarının tarixi vardır - özü də mifləşdirilmiş, mifik bir tarix, mifik bir ədəbiyyat!

Bu böyük, xaotik mif dünyası necə yaranmışdır, onun qaynaqları hansılardır? Burada iki əsas qaynaq var:

zərdüştlük dini;
fars şahları haqqında yaradılan nağıllar, rəvayətlər, uydurmalar, bir sözlə böyük dünya dinlərinin yaranmasından qabaq dünyaya hakim kəsilmiş miflərin sonradan fars şahlarının adına yazılması.
Bəlli olduğu kimi, zərdüştlüyü dünyanın görkəmli bilginləri üç mərhələyə ayırırlar:

zaratuştrianizm
zaratuştrisizm
zaroastrianizm.


Birinci mərhələ Zərdüştün yaratdığı Avestanın əsasını - Qatalarını təşkil edir (onun ilkin başlanğıc tarixi bəlli olmasa da aşağı-yuxarı miladdan öncə beşinci yüzilədək olan dövrdə yarandığı söylənilir). İkinci mərhələ "Kiçik Avesta"da ("Xorde-Hırda Avseta") öz ifadəsini tapmış, Zərdüştün ölümündən sonra yaranmışdır və miladdan öncə beşinci yüzildən sasanlılar hakimiyyətinin ortalarınadək olan dövrə düşür. Üçüncü mərhələ sasanlılar dövrü və ondan bir az sonraya aiddir.
Zərdüştlük çox maraqlı bir tarix keçmişdir. Bildiyimiz kimi bəşər hələ dinlərə çatmamış on min illər boyunca miflə yaşamış, insan yaşamında miflər ön yer tutmuşdur. İnsan oğlu zaman-zaman mifdən dinə doğru inkişaf yolunu yürümüş, ancaq çoxallahlığa daxil olmuş, sonra oradan da təkallahlığa tapınmışdır.

Zərdüştlük ilk təkallahlıq dinlərindən biri, bəlkə də birincisidir.
Maraqlı olan nədir? Zərdüşt xalqı mifdən qurtarıb təkallahlı dinə gətirdiyi halda, ondan sonra bu dini özlərinə silah edən farslar onun ikinci, üçüncü mərhələsində bu dinə əski mifləri yenidən soxmuş, min il əlavələr edərək zərdüştlüyü yeni əsərlərlə, kitablarla mifləşdirmiş, onu fars şovinizminin alətinə çevirmişlər.

Geri dön