Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Müsahibə > Vüqar Abbasov:İran məhs Cənubi Azərbaycan faktorundan ehtiyat etdiyinə görə Ermənistana yardım edir
Vüqar Abbasov:İran məhs Cənubi Azərbaycan faktorundan ehtiyat etdiyinə görə Ermənistana yardım edir |
Hollandiya və Beynəlxalq Jurnalistlər Birliyinin üzvü, politoloq Vüqar Abbasovla musahibə.
- Vüqar bəy, keçən yazınızda ermənilərin öz ölkələrinin tərk etməsi ilə bağlı statistikanı özündə əks etdirən məqalə ilə çıxış etdiniz. Demək neçə illərdir ki, Ermənistanla bağlı deyilən fikirlər öz əksini tapır... -Bəli, belə bir yazı yazmış və fakt olaraq mənbəni də göstərmişdim. Statistika göstərir ki, son dövrlər Ermənistanı tərk edənlərin sayı artmaqdadır. Bunun səbəblərindən biri də təbii ki, ordakı iqtisadi durumdur. Sizə də məlumdur ki, Ermənistan ancaq yardımların hesabına ayaqda durur. Aldıqları yardım o qədərdir ki, həmən məbləğdən Qarabağa, bizim işğal olunmuş ərazilərimizə belə yardımlar edirlər. Ermənistana yardım edən tək Rusiya deyil, çəkinmədən deyərəm ki, bir çox başqa dövlətlər də erməni diasporunun adı altında ora kömək edirlər. Bəlkə də sualınıza aidiyyatı yoxdur. Ancaq qeyd etməyi özümə borc bilirəm ki, ermənilərin Ermənistandan çıxması o anlama gəlməli deyil ki, Ermənistan boşalacaq və biz sakitcə Qarabağa girəcək və əzəli torpaqlarımızı geri alacağıq. Heç də belə deyil. Bunun üçün bizim gərəkən addımları atmamız gərəkdir. Bunları ona görə qeyd etdim ki, bəzən bu faktlardan istifadə edərək kimlərsə Ermənistanın getdikcə boşalmasını önə çəkir və bunu bizim “uğurumuz” kimi təqdim etməyə çalışırlar. Bu heç də belə deyil. - Bu proses Ermənistan üçün nələr vəd edir? -Təbii ki, yaxşı heç nə vəd etmir Ermənistana. Elə bilirəm ki, gec-tez ordakılar ayağa qalxacaq. Ona görə ki, hər kəs ölkədən qaça bilməz. Bu mümkün deyil. İndilikdə orda qalanları Qarabağ kartından istifadə edərək sakitləşdirirlər. Məhs bu səbəbdən də bu problemin həlli uzanır. Burda yetərincə maraqlı qüvvələr var. -Ermənsitan Azərbaycan və Türkiyə ilə münasibətləri bərpa etməsə, Rusiya və İranın dəstəyi bu dövləti nə qədər ayaqda tuta bilər? - Yuxarıda da qeyd etdim ki, Ermənistana tək Rusiya deyil, başqa dövlətlər də yardım edirlər. Bura İran da daxildir. Ancaq siyahını yetərincə uzatmaq da olar. Ermənistan istəsə də Azərbaycanla münasibəti bərpa edə bilməz. Ermənistan özbaşına deyil ki, belə bir qərar qəbul etsin. Ortada Rusiya faktoru var. Azərbaycanla münasibətlərin yaxşılaşması Qarabağdan keçir. Qardaş Türkiyə də dəfələrlə bəyan edib ki, Qarabağ məsələsi həll olunmayınca, münasibətlərin yaxşılaşmasından söhbət belə gedə bilməz. Rusiya böyük dövlətdir. Ermənsitan isə onun balaca bir əyaləti boydadır. Hüquqi baxımdan olmasa da, Rusiya Ermənistana öz əyaləti kimi baxır və yardım edir. Rusiya üçün Ermənistanı saxlamaq o qədər də çətin deyil. İrana gəlincə, İran məhz Güney Azərbaycan faktorundan ehtiyat etdiyinə görə Ermənistana yardım edir. Bunu bilməyən yoxdur. Belə ki, Azərbaycan Respublikasının güclənməsi İran üçün təhlükə mənbəyidir. Odur ki, bu dövlətlərin Ermənistana yardımı dayandıracağı inandırıcı deyil. Elnur Eltürk Geri dön |