Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ermənilərin qondarma tarix muzeyi nədən Təbrizdə?
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Müsahibə > Ermənilərin qondarma tarix muzeyi nədən Təbrizdə?

Ermənilərin qondarma tarix muzeyi nədən Təbrizdə?


Əlirza Amanbəyli: «Bu gün Təbrizdə erməni tarix muzeyi yaranırsa, bu addım yaxın gələcəkdə onların Təbrizin də guya erməni şəhəri olması xülyasına düşmələrinə şərait yaradacaq»
Milli Dirçəliş Hərəkatı Partiyasının Güney Azərbaycan Departamentinin rəhbəri Əlirza Amanbəyli qeyd etdi ki İranın erməni tarixinə olan bu «məhəbbəti» onun Azərbaycana nifrətindən qaynaqlanır: «İran Ermənistan üçün bir nəfəslikdir, Tehran rejimi hərtərəfli onu dəstəkləyir. Vaxtilə Təbrizdə Ermənistan konsulluğunun açılmasına təşəbbüslər oldu. Güney Azərbaycan Milli Hərəkatı isə bunun baş tutmasına imkan vermədi. İndi erməni muzeyi məsələsini ortaya atıblar. Hətta ermənilərin guya 500 illik tarixi olduğu iddia edilir. İran dövlətinin Təbrizin mərkəzində ermənilərə münasibətdə sərgilədiyi bu addım rejimin Azərbaycan türklərinə qarşı nifrətinin, Azərbaycanın ərazi bütövlüyünə qarşı atılan addımların bariz nümunəsidir. İran Azərbaycanın ərazisinin xristian dövləti tərəfindən işğal olunduğunu, ermənilər tərəfindən buradakı dini abidələrin məhv edildiyini bilə-bilə onlara tarix muzeyi yaratmağa yardımçı olmaqla birbaşa islam aləminə qarşı təhqirə yol verib. Kökü bəlli olmayan, sonradan bu torpaqlara gələn erməni etnik azlığının 500 illik tarixə malik olduğunu iddia etmək fars şovinizminin təcavüzkar ermənilərlə qardaş olduğunun nümunəsidir. Amma hesab etmirəm ki, Təbrizdə bu muzeyin yaradılması baş tutsun. Güneyli soydaşlarımız belə bir muzeyin açılmasına imkan verməyəcəklərini bəyan ediblər. Bu gün Təbrizdə ermənilərin tarix muzeyi yaranırsa, bu addım yaxın gələcəkdə onların Təbrizin də guya erməni şəhəri olması xülyasında bulunmalarına şərait yaradacaq. Belə bir addıma yol verən Tehran rejiminin həmin hərəkəti Azərbaycana qarşı məkirli siyasətinin davamıdır. Təbrizdə azərbaycanlılara aid muzey olsa da, buradakı Azərbaycana aid məşhur eksponatların demək olar ki, hamısı xaricə satılıb. Həmçinin bu muzeylər dağıdılır. Muzeydəki Bütöv Azərbaycanı əks etdirən materiallar isə İsfahan və Tehrana daşınaraq xaricə satılıb. İran dövlətinin ərazisində yaşayan etnik azlıqlara belə səmimiyyəti varsa, nədən soydaşlarımıza münasibətdə anoloji addımları atmır? Belə hərəkətlər İran dövlətinin səmimilikdən uzaq olduğunu göstərir. Azərbaycan və Türkiyənin sözügedən məsələ ilə bağlı İran dövlətinə ciddi təpkiləri olmalıdır ki, Tehran belə şərəfsiz əməlindən əl çəksin. Tehran və İsfahanda ermənilər Təbrizdə olduğundan qat-qat çoxdurlar. Ona görə də erməni tarixi muzeyi bu şəhərlərdə yaradılmalıdır, nəinki Təbrizdə».
Özlərini islam hümmətinin keşikçisi hesab edən İranın fars rejiminin işğalçı Ermənistana olan sevgisi günü-gündən artır. Molla hakimiyyəti bütün fəaliyyətilə İrəvana geniş şəkildə qucaq açır. İndi də İran hakimiyyəti ermənilərin tarixini əbədiləşdirmək istiqamətində addımlar atmağa başlayıb. Belə ki, mətbuatın yazdığına görə, yaxın vaxtlarda Təbrizdə Şərqi Azərbaycan əyalətində yaşayan ermənilərin Tarix Muzeyi açılacaq. Bu sözləri İranın Şərqi Azərbaycan əyalətinin Mədəni irs, əl işləri və turizm təşkilatının baş direktoru Turab Məhəmmədi deyib. İRNA agentliyinin məlumatına görə, Məhəmmədi bildirib ki, müxtəlif tarixi dövrlərdə Şərqi Azərbaycan əyalətində ermənilərin yaşayış tərzini əks etdirən eksponatlar bu müzeydə toplanacaq: «Əyalətdə yaşayan ermənilərin Xəlifəlik Şurası ilə bu barədə danışıqlarımız olub. Razılaşmışıq ki, hazırda Təbrizin kilsələrindən birində toplanan tarixi eksponatları yaradılacaq muzeyə köçürək». Artıq Erməni Tarixi Muzeyinin yeri də seçilib. Bu, Təbrizdə 115 illik tarixi abidə olan ermənilərin «Əsədi» adlı məktəbinin binasıdır. Məlumata görə, bərpa işlərindən sonra bina muzey kimi fəaliyyət göstərməyə başlayacaq. Şərqi Azərbaycan əyaləti rəsmisinin sözlərinə görə, muzeydə toplanan eksponatlar erməni ailələri tərəfindən muzeyə hədiyyə olunub və ən qədim eksponatın tarixi 500 il bundan öncəyə aiddir.
Qeyd edək ki, bu günə qədər Tehran İrəvana hərtərəfli dəstək göstərir. Onun bu dəstəyi siyasi, iqtisadi, hərbi, sosial, birgə əməkdaşlıq və s. sahələri əhatə edir. Bu yolla Tehran sözdə etiraf etməsə də işğalçı Ermənistanı dəstəklədiyini ortaya qoymuş olur. İndi də İran rejimi erməni tarixinə sevgi nümayiş etdirməyə başlayıb. Heç kimə sirr deyil ki, Ermənistan öz tarixini, mədəniyyətini həmişə saxtalaşdırıb. Ermənilər başqa xalq və millətlərə aid olan tarixi-mədəni abidələri öz adlarına çıxaraq, özlərinin guya bölgədə ən qədim xalq olduğu illyuziyasını formalaşdırmağa çalışırlar. Təbrizdə Erməni Tarixi Muzeyinin açılmasından heç şübzəsiz ermənilər öz saxta tarixlərini təbliğ etmək, onu yaymaq üçün istifadə edəcəklər. Bu yolda isə İranın molla rejimi həmişə olduğu kimi, yenə də işğalçı ermənilərə hərtərəfli dəstək göstərəcək.
Siyasi şərhçi, professor Vaqif Arzumanlı bildirdi ki, İranın erməni tarixi muzeyi yaratmaq istəyi onların ikincilərə olan sevgisindən qaynaqlanır: «İran Azərbaycan və onun tarixi coğrafiyası ilə bağlı həmişə çalışır ki, qeyri-elmi informasiyaları yaymağa daha çox meyl göstərsin. Onlar bəzən Şimali Azərbaycandakı şəhərləri belə İran dövlətinin şəhərləri kimi qələmə verməyə çalışır. Azərbaycanın tarixi ərazilərini İran əraziləri kimi göstərirlər. Eyni zamanda, Şimali Azərbaycanın Qərbi Azərbaycan, indiki Ermənistanla bağlı əlaqələrinə də həmişə biganə və subyektiv meyllərdən yanaşıb. İranın Təbrizdə ermənilərə aid tarixi muzey açması heç də təsadüfi deyil. Vaxtilə İrəvanda Cümə Məscidi fəaliyyət göstərirdi. Dağlıq Qarabağ hadisələri başladıqdan sonra ermənilər uzun müddət həmin məscidi bağladılar. Sonra farslar onu bərpa edərək Cümə Məscidini fars məscidinə çevirdilər. Hazırda bu tarixi məsciddə ibadət edənlər, ancaq İrandan gələn farslardır. Təbrizdə erməni muzeyinin açılması da ermənilərin tərəfini saxlamaq, onlara öz saxta arzularını reallaşdırmaqda yardımçı olmaq məqsədi daşıyır. Azərbaycan buna rəsmi etirazını bildirməlidir. Farslar Azərbaycan türklərindən daha çox erməniləri özlərinə doğma hesab edir. Baxmayaraq ki, dildə Azərbaycanla qardaş olduqlarını bəyan edirlər. Əslində ermənilərin farslara və əksinə bağlılığı həmişə hiss olunub».

Rüfət Sultan

Geri dön