Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Hüquq > Uşaq evdə doğulubsa …
Uşaq evdə doğulubsa … |
Bu gün ölkəmizdə tez-tez rast gəlinən problemlərdən biri də, doğum evlərində doğulmayan körpələrə doğum haqqında şəhadətnamə alması ilə bağlı qeydiyyat şöbələrində bəzən haqlı, bəzən də haqsız yaranmış maneələr və süründürməçiliklərdir. Bu problem təkcə ucqar kəndlərdə yox, paytaxtımızda da tez-tez rast gəlinən bir haldır. Əgər ucqar kəndlərdə xəstəxana problemi varsa, paytaxtda da stastitikaya görə imkansızlıq ucbatından doğum evlərindən kənarda uşaq dünyaya gəlməsi halları həddindən artıq çoxdur.
Bəzən isə, xəstəxanaya qədər doğumun baş verməsi hallarına rast gəlinir. Qanunvericiliyə görə isə doğum haqqında şəhadətnamə, müvafiq tibb müəssisəsindən uşağın doğulmasına dair tibbi şəhadətnamə əsasında verilir. Lakin yuxarıda qeyd etdiyimiz səbəblərdən doğuş, tibb müəssisəsindən kənarda (məsələn evdə) baş verdiyi halda doğulmuş körpənin doğumunun qeydə alınmasında valideynlər qeydiyyat orqanlarında çətinliklərlə üzləşir. Qeydiyyat şöbələri tərəfindən tibb müəssisələrindən kənarda doğulmuş uşaqların doğumunun qeydə alınmasından imtina edilən valideynlərə bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasının 2.4.5-ci bəndinə uyğun olaraq uşaq tibb müəsisəsindən kənarda doğulduqda, doğuma köməklik göstərmiş həkimin verdiyi müvafiq sənəd təqdim edilməlidir. Bu qaydanın 2.5-ci bəndində nəzərdə tutulan əsaslar olmadıqda, uşağın doğulması faktı məkəmə qaydasında müəyyən edilməlidir. Geri dön |