Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ailə həkimi ilə bağlı yeni qanun parlamentdə müzakirəyə çıxarılacaq
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sağlıq > Ailə həkimi ilə bağlı yeni qanun parlamentdə müzakirəyə çıxarılacaq

Ailə həkimi ilə bağlı yeni qanun parlamentdə müzakirəyə çıxarılacaq


Azərbaycan Milli Məclisi payız sessiyasında yeni “Ailə həkimi haqqında” qanun layihəsini müzakirəyə çıxarmağı planlaşdırır. Layihə birinci oxunuşda müzakirəyə çıxarılacaq və növbəti oxunuşlar üçün də ictimai rəylər nəzərə alınacaq.

Azərbaycanda ilk olan yeni qanun sosial sifariş əsasında hazırlanır. Məqsəd əsasən ucqar yerlərdə yaşayan insanların sağlamlığına diqqəti daha da artırmaq və ailə sağlamlığının inkişafını nəzarətdə saxlamaqdır. Layihənin hazırlanmasında Fransa və ABŞ təcrübəsindən istifadə olunur. Layihədə ailə həkimi xüsusi statusla müəyyən olunacaq və bu cür həkimlərin təyin olunması üçün müvafiq qurumlar tərəfindən müsabiqələr təşkil ediləcək.

Geri dön