Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Oqtay Şirəliyev ÜST İcraiyyə Komitəsinin I vitse-prezidenti seçildi
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər > Oqtay Şirəliyev ÜST İcraiyyə Komitəsinin I vitse-prezidenti seçildi

Oqtay Şirəliyev ÜST İcraiyyə Komitəsinin I vitse-prezidenti seçildi


Səhiyyə naziri Oqtay Şirəliyev Ümumdünya Səhiyyə Təşkilatı İcraiyyə Komitəsinin 133-cü qısa sessiyasında iştirak edib. Tədbirin gündəliyinə ÜST Baş Direktoru M. Çanın hesabatı, regional komitələrin İcraiyyə Komitəsinə hesabatları, ÜST islahatları, Ümumdünya Səhiyyə Assambleyasının 66-cı sessiyasının qətnamələri, qeyri infeksion xəstəliklərə qarşı mübarizə, ÜST islahatları, Beynəlxalq Səhiyyə Qaydaları, maliyyə məsələləri, ÜST təşkilatında idarəçilik və digər məsələlər daxil edilib. Azərbaycan tərəfi sessiyada infeksion xəstəliklərə qarşı mübarizə, qeyri infeksion xəstəliklər, malyariya, psixi sağlamlıq strategiyası, epidemioloji nəzarətə dair çıxışlar edib.

İcraiyyə Komitəsinə səlahiyyətli nümayəndələrin seçkiləri zamanı Avstraliya prezident, Azərbaycan isə I vitse-prezident vəzifəsinə yekdilliklə qəbul edilib.

İsveçrə Konfederasiyasının qanunvericiliyində edilmiş dəyişikliklərə uyğun olaraq, ÜST-ün Daxili Təftiş qaydalarının dəyişdirilməsinə dair Büroya Azərbaycan da seçilib. Büronun ilk iclasında ÜST Maliyyə Departamentinin və müstəqil maliyyə ekspertlərinin xülasəsi dinlənilib.

Geri dön