Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ənvər Məmmədxanlı-100
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Mədəniyyət > Ənvər Məmmədxanlı-100

Ənvər Məmmədxanlı-100


Cəfər Cabbarı adına Azərbaycan Dövlət Teatr Muzeyində «Ənvər Məmmədxanlı — 100″ adlı elmi konfrans keçirilib. Azərbaycan Milli Elmlər Akademiyası ilə birgə keçirilən tədbirdə çıxış edən sənətşünas alim Vidadi Qafarov xalq yazıçısının teatrda səhnəyə qoyulan pyesləri və tərcümə əsərləri haqqında danışıb: «1947-ci ildə Akademik Milli Dram Teatrının səhnəsində tamaşaya qoyulan «Şərqin səhəri» əsəri SSRİ dövlət mükafatına layiq görülüb. Amma mükafat alanların siyahısında müəllifin adı olmayıb. Bundan başqa, müəllifin «Şərqin səhəri», «Od içində», «Şirvan gözəli» tamaşaları da müxtəlif teatrlarda tamaşaya qoyulub».
Sənətşünas Gülnarə Quliyeva isə Ə. Məmmədxanlının ssenariləri əsasında çəkilən filmlərdən danışıb: «Azərbaycanfilm» kinostudiyasında onun ssenariləri əsasında «Babək», «Fətəli xan», «İntizar», «Leyli və Məcnun», «Sovqat» kimi filmlər çəkilib. Azərbaycanın kino sənətinin dəyərli inciləri olan bu filmlər tariximizin səhifələrinə işıq saçan filmlər siyahısındadır».
Tədbirin sonunda C. Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin fondundakı materiallar əsasında ədibin səhnə təcəssümünü, həmçinin ssenariləri əsasında çəkilmiş filmlərdən kadrları əks etdirən video çarx nümayiş olunub.

Geri dön