Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Qərbi Azərbaycan - indiki Hayastanda Türk soyqırımı... III Hıssə
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > DAVAMın yazıları > Qərbi Azərbaycan - indiki Hayastanda Türk soyqırımı... III Hıssə

Qərbi Azərbaycan - indiki Hayastanda Türk soyqırımı... III Hıssə


Düz 200 ildir ki, erməni - rus ittifaqı Qafqazda işğalçı niyyətlə - qətliam və assimilyasiya siyasəti yürüdür


Oğuz yurdunda quraşdırılmış for-post keçid zona - “ölkə” - Ermənistan - Qərbi Azərbaycanda Türk soyqırımı

Bu uzun məqalə Azərbaycan və Türk Dünyası xalqlarının tarixilik şüuruna, milli yaddaşına zaman -zaman etnogenetik və etnotipik qan vurmaq üçün yazılmışdır. Yəqin tarixdə tarixini unudan, assimiləyə rahatlıqla məruz qalan, ən unutqan xalq türksoylu xalqlardır. O cümlədən biz Azərbaycanlılar...


Tarixilik şüuruna hörmətlə yanaşan soydaşlarımdan xahiş edirəm ki, B.İşxanyanın 1916-cı ildə Petroqradda (Leninqrad, indiki Sankt-Peterburq) çap etdirdyi “Qafqaz xalqları” oçerkinin 18-ci səhifəsində yazdığı bu sözləri ağlında saxlasın.

“ 1828-ci ildə məşhur Türkmənçay müqaviləsi olmasaydı, Qriboyedov (çar Rusiyasının Tehranda səfiri, öz taleyinə oxşayan “Ağıldan bəla” pyesinin müəllifi-Ə.K.) və Abovyan (yazıçı, “Ermənistan yaraları” əsərinin müəllifi-Ə.K.) olmasaydı, bu gün müasir kənd və şəhərlərə çevrilən yüzlərlə yeni yaradılan erməni ocaqları olmayacaqdı. Təkcə son onillikdə (1860-1870) “vətənə” 200.000 mindən çox erməni köçürülmüşdür”. (Yeni nəfəs+, 09-23 aprel, 2011-il).

Erməni-rus işbirliyi bu gün hamıya yaxşı məlumdur. Hamı yaxşı bilir ki, Qarabağ savaşını ermənilərdən daha çox Kreml edir. Qarabağ savaşı Rusiyanın mürtəce Qafqaz siyasətinin - mahiyyətcə yenikoloniya siyasətinin tərkib hissəsidir. Rusiyanın imperiya xasiyyəti belədir; Kreml dovşana deyir qaç, tazıya deyir-tut! 1993-cü ildə bir muzdlu rus əsgəri “Komsamolskaya Pravda” qəzetinə yazmışdı: “Mən deyə bilmərəm ki, Azərbaycanlılar mənim düşmənimdir. Onlar mənə heç nə borclu deyillər. Onları nəyə görə öldürdüyümü, özüm müəyyənləşdirə bilmirdim. Mənim siyahımda 30-a qədər öldürülmüş əsgər, 10-a qədər dinc sakin var idi” (Komsamolskaya Pravda, 17 sentyabr, 1993-cü il). (Yeni nəfəs+, 09-23 aprel, 2011.). Erməni-rus işgəncə birliyinə aid faktların sayı-hesabı yoxdur. Düz 200 ildir ki, erməni - rus ittifaqı qafqazda işğalçı niyyətlə - qətliam və assimilyasiya siyasəti yürüdür. Bu müddət ərzində 300.000.000 çox əsgər qiyafəsində rus gənci Qafqaz savaşlarında həlak olmuşdur. Demək 3 milyondan çox rus anasının gözü yaşlı qalmışdır. Qəribədir, proses davam edir. Elə bil Kreml rəhbərləri rus deyil, başqa bir anti-rus, faşist millətin övladlarıdır. Əgər Putin və Putin kimilər xəstə, dəli çar Petronun şəklini başının üstündən asıb işləyəcək, ondan nümunə götürəcəksə, onda vay rus xalqının gələcəyinə... Əsas dərdimiz bu deyil.

Çox təəssüf edirəm ki, dünyanın indiki siyasi xəritəsində Ermənistan coğrafiyasına baxan hər kəs istər tarixçi olsun, istər şair - fərqi yoxdur, kim olursa - olsun, ermənistanı qədim Armeniya ilə qarışdırır və elə təsəvvür edirlər ki, qədim ARMANİYA və ya ARMİNİYA bu gün xəritədə cızılan ermənistandır. Halbuki bu gün bizim tanıdığımız ermənistanın o Armeniya, Armaniya, Arminiya ilə heç bir əlaqəsi yoxdur və heç bir zaman olmamışdır. Ermənistan yer adı etnonim deyil, ermənistan adlı yerdə yaşayan xalq özünə hay-hayes deyir. Dünya isə bu xalqı erməni kimi tanıyır - niyə?! Təkrar edirəm çox təəssüf ki, “qədim ermənistan...” deyəndə, “erməni tarixi...” və ya “qədim erməni tarixçisi..” deyəndə, “erməni mədəniyyəti...” “məsələn, erməni musiqisi...” və s. deyəndə fərqinə varmadan bu gün Gürcüstan Respublikası ilə şimali Azərbaycan Respublikası arasında cənubi Qafqazda qərbi Azərbaycan torpağında 1923-cü ildə yerləşdirilən-təşkil edilən, quraşdırılan Ermənistanı təsəvvür edirlər. Gerçəyə qalsa, bu ifadələr cox ciddi istehza doğurur-çünkü olmayan tarixdən, olmayan mədəniyyətdən, olmayan ədəbiyyatdan, olmayan tarixçidən, erməniyə dəxli olmayan tarixi şəxsiyyətlərdən söhbət gedir və tarix quraşdırırlar. Əsl həqiqət isə, həqiqi tarix isə o zamanlar şimali və cənubu Qafqazda yaşayan Hun-Karluk-Qıpçaq-Xəzər boylarından getməlidir. Qafqaz -şünaslıq tarixini arxeoloji qazıntılara əsasən yenidən və təcili yazmaq lazımdır. Onların-ermənilərin əsl tarixi, Xristian dininin Qriqoryan sektasını qəbul etdikləri gündən başlayan kilsə tarixindən başqa heç bir tarixi yoxdur. Bu tarix Qriqoryan məzhəbinin tarixidir. Yəni etnik tarix deyil, xristian dini sekta tarixidir. Millət tarixi deyildir. Bir millətin ki, min illər vahid coğrafiyası olmaya, qaraçı tayfası kimi gah o yana, gah bu yana gəzə, tarixin heç bir zamanında dövləti olmaya, Balkanlardan üzü bəri-gələ, böyük dövlətlərin hesabına - ona-buna yarınmaq və yaltaqlanmaqla öz varlığını qoruya - bu tayfa-ailə icmasının tarixi necə ola bilər, hardan ola bilər?! Həqiqi tarix yalnız qriqoryan-erməni kilsəsinin tarixidir. Onlar kilsə tarixini dövlət, xalq, millət tarixi kimi qələmə verirlər. Həm də saxta, falş böyüklük iddiası ilə. Erməni tayfasının feodalı, feodal olmasına baxmayaraq çar, knyaz (bu söz; knyaz- “xan” və “yasa” türk sözlərindən əmələ gəlmişdir), hökmüdar kimi qələmə verilir. Halbuki, bu hər zaman böyük dövlət içərisində mövcud olan, bu və ya başaq dövlətə tabe olan, vergi, töyücü verən bir asılı feodal malikanəsi olmuşdur. Heç bir zaman müstəqil siyasəti, hərbi gücü, sərhədləri, şəxsi milli-etnik bazarı olan bir məmləkət olmamışdır. Ancaq kilsələri müstəqil olmuş, Qriqoryan məzhəbinə malik olduğuna görə xristian dininə tabe olmamışdır. Tayfanın siyasi yönətimi sadə idi. Məsələn, feodal, knyaz və ya torpaq mülkiyyətinin sahibi öz dostunu katalikos seçir, katalikos isə ömrü boyu onu müdafiə edirdi. Feodal - katalikos münasibətləri, tayfa və tayfanın dinə münasibəti saxta tarixi hadisələr fonuna müncər edilir, sonra bu tarixi fon dövlət tarixi kimi şişirdilir, həm öz xalqını, həm də dünyanı aldatmaqla məşğul olurlar. Əgər bu dövlətdirsə, qoy bunlar iki yüz-üç yuzillik bir vahid coğrafiya göstərsinlər və sübut etsinlər ki, burada onların dediyi kimi onların çarı olub, burada katalikos olub-belə bir coğrafiya, belə bir məkan yoxdur. Bundan hər kəs əmin ola bilər. Onlar getdikləri yerlərdə tarix boyu, hər zaman oğurluq etdiklərinə görə qovulduğları halda, bunu çox ağıllı olduqlarına görə onlara verilmiş zülm kimi qiymətləndirməyə hər zaman üstünlük vermişlər. Özləri haqqında “əzabkeş xalq”obrazı uydurmuşlar. Qonşu xalqlara pislik etdikləri üçün oradan köçürülmüş olduqlarını gizləyib, onları güya tarixi vətənlərindən yadellilər qovub çıxartmışdır kimi uydurma, əssasız, sübutsuz, tarixsiz cəfəngiyyat uydurmaqla məşğul olmuş, köç tarixini milli işgəncə tarixi kimi qələmə vermiş, özlərinə yalan faktlara əsaslanan tarix quraşdırmışlar. Onların tarixinin arxeologiyası və etnoqrafiyası yoxdur. Amma əcaib və çox eybəcər olan şey budur ki, Azərbacanın İqrar Əliyev tipli tarixçilərinin yazdığı Azərbacan tarixinin hansı dönəmindən danışılırsa, həmən orada erməni adı çəkilir, ya erməni tarixçisinə istinad edilir, ya da mütləq bir erməni hadisəsi ilə rastlaşırıq. Əslində bu Moskvadakı erməni-daşnak lobbiyə xoş gəlmək üçün erməniyə süni şəkildə qədimlik haqqı qazandırmaq təşəbbüsüdür. Bunu ermənilər İqrar Əliyev kimilərin vasitəsilə özlərinə qazanırdılar. Bu kimi fikirlərin tarixi kökü yoxdur və olmamışdır. Özünə hörmət edən hər bir tarixçi yaxşı bilir ki, əsil tarix arxeoloji cərrahiyyə vasitəsilə üzə çıxan etnoqrafiya sübut etdiyi halda o elmi tarix olur. Mən bu fikrə epik-folklor araşdıma dəlil-sübutlarını da əlavə edərdim.Yəni arxeoloji etnoqrafiya epik informasiya ilə uzlaşmalıdır.

Geri dön