Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > 5 il Azərbaycana buraxılmayacaq
5 il Azərbaycana buraxılmayacaq |
Milli Məclisdə İnzibati Xətalar Məcəlləsinə yeni müddəalar əlavə olunur
Azərbaycandan deportasiya olunan əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin ölkəyə yenidən buraxılmama müddəti müəyyənləşir. Milli Məclisdən davam.az saytına verilən məlumata görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinin 29-cu maddəsinə yeni müddəalar əlavə olunur. Əlavələrdə göstərilir ki, Azərbaycanın hüdudlarından kənara inzibati qaydada çıxarılmış əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin Azərbaycana gəlmə hüququ 1 ildən 5 ilədək məhdudlaşdırılır. Mövcud qanunvericiliyə görə isə bu hal yalnız məhkəmələrin çıxardığı qərarlardan asılıdır. Qeyd edək ki, yeni əlavələrdə Azərbaycanda deportasiya olunanlara ölkədən çıxmaq üçün maksimum müddət 48 saat müəyyənləşir. Layihə Milli Məclisin xüsusi sessiyasının iyunun 13-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq. Geri dön |