Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, DAVAMın yazıları > Nazim Nasreddinov- Əkinçi-nin gürcü qardaşı - QUTNİS DEDA
Nazim Nasreddinov- Əkinçi-nin gürcü qardaşı - QUTNİS DEDA |
Milli mətbuatımızın banisi Həsən bəy Məlikovun (Zərdabinin) yaratdığı "Əkinçi" qəzetinin özündən 14 yaş böyük gürcü qardaşı var imiş.
Mən bu fikri iyirmi bir il bundan əvvəl Azərbaycan kəndinin ictimai-siyasi qəzeti olan "Bərəkət" qəzetinin (əvvəllər "Covet kəndi" adı ilə çıxmışdır-N.N.)- 1.11-1992-ci il tarixli 87(7756)- ci nömrəsində oxucularla bölüşmüşdüm. Tədqiqatçı alimlərin reaksiyasını görmədiyimə görə yenidən yeni və danılmaz faktlar əsasında bu məsələyə qayımaq fikrinə düşdüm. "Kaвказский календарь" məcmuəsinin 1877-ci ilədə çıxan nömrəsindəki (səh.244) "Qafqaz Kənd Təsərrüfatı Cəmiyyəti" adlı məqalədə ölkədə kənd təsərrüfatına aid elmi məlumatları yaymaq ümün Tiflisdə buraxılan mətbuat orqanlarından söz açılır.Bu mətbuat orqanlarında dövrünün adlı-sanlı ziyalıları iştirak edirdilər. Onlardan biri görkəmli zooloq , botanik, aqronom Sitovski Nikolay Prokofyeviç (09.06.1829-05.04.1890) idi. O, 22 il (1854-1876 )Qafqaz Canişinlik İdarəsində işləmiş, ölkədə kənd təsərrüfatının elmi şəkildə təşkilində əhəmiyyətli işlər görmüşdür. N.P.Sitovskinin Azərbaycan ziyalılarından M.F.Axundov, H.Məlikov (Zərdabi) , eləcə də sonralar Azərbaycanla qohumluq əlaqəsi yaradan general Xasay xan Usmiyev ilə elmi yaradıcılıq əlaqələrinin öyrənilməsi ictimai fikir tariximizin bir şöx məsələlərinin düzgün araşdırılmasında əhəmiyyətli rol oynaya bilər. N.P.Sitovski dövri mətbuatda Baş Əfəndi Hakim ağa,Proxor dayı ,Hakim bəy imzaları ilə çıxış edir, mətbu söz vasitəsilə maariflənmə işinə böyük önəm verirdi. Kənd təsərrüfatında yeni qayda - qanunlarla , elmi əsaslarla iş görmək XIX əsr ziyalılarını düşündürən, narahat edən məsələlərdən idi. Bu məsələ bir neçə istiqamətdə araşdırılr, ziyalılar yeni ideyalarla çıxış edirdilər. Ədəbiyyatımızda belə qəhrəmanların görünməsi xalqın gözünü açır, onları yeni həyat tərzi qurmağa həvəsləndirirdi. M.Axundov Müsyö Jordanı Qarabağa gətirdi, N.Vəzirovun Fəxrəddini Almaniya texnologiyasını Azərbaycana tanıtdı. Avropanı Azərbaycana tanıdan ilk böyük ziyalılarımızdan biri Həsən bəy Məlikov oldu. O, M.F.Axundovun, A.P.Berjenin, D.Staroselskinin, N.P.Sitovskinin açdıqları cığırla inamla irəliləyərək,"Əkinçi" qəzetini oxucuların ixtiyarına verdı. Hərə bu qəzetdən öz payını götürdü. 22 iyul 1875-ci ildə "Əkinçi"nin ilk nömrəsi türk dıli anlaşılan obalara , ellərə göndərildi. Milli mətbuat yolunda fədakarlıq edən M.F.Axundov "Əkinçi"nin 56 nömrəsini çap etdirdi. Həsən bəy Məlikov 1877-ci il oktyabrın əvvəllərində qəzetin 57 -ci nömrəsinini çıxara bilmədi; sası dinli mürəttib çuğulçuluq edib , çapa hazırlanan nömrədə hökumətin siyasətinə zidd olan materialın getdiyini lazımi yerlərə çatdıra bilmişdi. Həsən bəyə həmin materialın başqası ilə dəyişdirilməsi təklif olunsa da, o, bu təklifi qəbul etmir. "Əkinçi" hökumət sənədlərində düz iki il fəaliyyəti qadağan olunmayan mətbu orqan kimi göstərilmişdir . Deməli, bu illər ərzində H.Məlikov senzorun yoxlamasından sonra "Əkinçi"nin təzə nömrəsini çap edə bilərdi. "Əkinçi" əvvəldən "Əkinçi" kimi düşünülmüşdür. "Əkinçi" kənd təsərrüfatına - əkinə, biçinə aid qəzet kimi düşünülsə də, H.Məlikov onu istədiyi səmtə yönəldə bilirdi. Zaqafqaziyada "Əkinçi"dən əvvəl də gürcü dilində bu istiqaməttli qəzet var idi .İlk nömrəsi Tiflisdə 1861-ci ildə çıxan bu qəzet "QUTNİS DEDA" adlanırdı. "Qutnis deda" "əkinçi" mənasını verir. Qəzetin redaktoru A.P.Purseladze (1839-1913) idi. A.P.Purseladze "Marta","Kitesa" kimi romanların,"Georgi Saakadze və onun dövrü" tarixi monoqrafiyanın müəllifidir. "QUTNİS DEDA" qəzeti 1876-cı ilədək fəaliyyət göstərmişdir. Bir müddətdən sonra "Qutnis deda" Georgi Seretelinin "Sasoplo qazeti"("Kənd qəzeti") adlı mətbuat orqanı ilə birləşdirilmişdir. "Qafqaz" qəzetinin 28 noyabr 1871-ci il tarixli 140-cı nömrəsindəki bir yazıdan məlum olur ki,G.Sereteli Azərbaycan dilində də kənd təsərrüfatına aid qəzet çıxarmaq niyyətində imiş. Lakin onun bu münasibətlə hökumət dairələrinə müraciəti nəticəsiz qalmışdır. Çox güman ki, G.Seretelinin bu niyyətindən M.F.Axundovun da xəbəri var imiş. Hər halda bu məsələ araşdırılmalı , deyilən söz faktlara əsasnlanandan sonraa ucadan səsləndirilməlidir. Nazim Nəsrəddinov, Azərbaycan Respublikasının əməkdar müəllimi, Təhsil Nazirliyinin Elmi-Metodiki Şurasının bölmə üzvü, Avropa Azərbaycan Məktəbinin kafedra müdiri. Bakı,11 iyun 2013-cü il. Geri dön |