Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Çörək də lisenziyalaşdırıla bilər
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > Çörək də lisenziyalaşdırıla bilər

Çörək də lisenziyalaşdırıla bilər


Gələcəkdə çörək istehsalı ilə bağlı sahibkarlıq fəaliyyətinin lisenziyalaşdırılacağı istisna deyil

Hazırda Azərbaycanda ərzaq məhsullarının istehsalı sahəsindəki fəaliyyət lisenziyaşdırılmır. Lakin gələcəkdə çörək istehsalı ilə bağlı sahibkarlıq fəaliyyəti lisenziyalaşdırıla bilər. APA-nın məlumatına görə, bunu Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin ərzaq məhsullarına nəzarət şöbəsinin müdiri Məsim Babayev bildirib.

M.Babayev qeyd edib ki, bununla bağlı Dövlət Komitəsi artıq hökumətə müraciət edib: «Hazırda siqaret və spirtli içki məhsullarının istehsalı lisenziyalaşdırılır. Çörək istehsalının da lisenziyalaşdırılması yaxşı olardı».

Geri dön