Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > DAVAMın yazıları > Oyanan və Dirçələn milli kimlik
Oyanan və Dirçələn milli kimlik |
17 Noyabr-Milli Dirçəliş Günü 1988-ci il 17 noyabr tarixi... Qarabağda baş verən hadisələr... Və bu hadisələrə etiraz əlaməti olaraq Azadlıq meydanına toplaşan izdiham... Qısa vaxtda izdihama qoşulan milyonlar... 1988-ci il noyabrın 17-də Bakının əsas meydanı sayılan, o vaxt Leninin adını daşıyan indiki Azadlıq meydanında, Qarabağ məsələsində respublika və SSRİ orqanlarının xalqımıza zidd siyasət apardıqlarına görə cəmiyyətdə mitinqlər başlandı. Ermənistanın torpaq iddiaları, SSRİ rəhbərliyinin Dağlıq Qarabağ məsələsinə əl altdan ermənilərə dəstək verməsi, Azərbaycan hakimiyyətinin ərazi bütövlüyünün müdafiəsində qətiyyətsizliyi, Moskvanın anti-Azərbaycan siyasəti milyonlarla insanın bu mitinqlərə qoşulmasına səbəb oldu. 17 gün davam edən hərəkat SSRİ-nin daxili qoşunları tərəfindən dağıdılıb, zorakılıqla yatırıldı. Qardaş dediklərimizin qəltan etdiyi qanımızda boğulduq. Biz güllə onlar güllələrlə qarşıladı. Bu gün başımıza tac eləyib, elitarlıq dərəcəsi hesab elədiyimiz, dillərinə tapındığımız ruslar anamızı-bacımızı, oğul-qızlarımızı acımadan tarixin müxtəlif dönəmlərində qırdığı kimi o gün də səsimizi batırmağa çalışdılar. Hərəkat parçalandı. Amma ən azından içi imperiya qarışıq hər kəs bu millətin öz dəyərinin fərqində olduğunu anladı. Rəsmi Moskva Azərbaycan xalqının milli azadlıq hərəkatının qarşısını ala bilmədi. İstər 20 Yanvar hadisəsi, istərsə də tarixin müxtəlif dönəmlərində rusların üzərimizə elədiyi silahlı basqınların heç biri istədiyi nəticəni ala bilmədi. Təməli meydan hərəkatından qoyulmuş milli azadlıq mücadiləsi öz bəhrəsini verdi. Azərbaycan azadlığını, müstəqilliyini qazandı. Tökülən qanların heç biri bihudə getmədi. Azərbaycan xalqının mübarizlik əzmi özünü istər 17 noyabr istərsə də digər tarixlərdə lazımınca göstərib. Məhəbbət, eyni zamanda qəzəbin kükrədiyi, insanların səbir kasasının dolduğu bu günlər olub, bizə diş qıcayanlar olduqca da olacaq! Bu, onun sübutudur ki, bu xalq hər zaman mənəviyyatını sümürən iyrəncliklərə hər zaman yox deyəcək! Bir gün AZADLIQ adına bütöv AZƏRBAYCAN boyda bir GÜNƏŞ doğanda ağlaram yarasaların halına! Bir vətəndaş olaraq bu yolda canından keçmiş hər bir fərdin qarşısında baş əyir, uğrunda canınızdan keçdiyiniz bu Vətən sizin əsərinizdir, deyirəm. Dirçəlişimizdə, azadlığımızda əli, ürəyi olanların Tanrı haqqını versin! Nigar Isfəndiyarqızı Geri dön |