Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > İqtisadiyyat > Vergilər Nazirliyi tərəfindən büdcəyə vergi daxilolmalarının həcmi bəlli oldu
Vergilər Nazirliyi tərəfindən büdcəyə vergi daxilolmalarının həcmi bəlli oldu |
Bu ilin yanvar-may aylarında Vergilər Nazirliyi tərəfindən dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 2 milyard 911 milyon 239 min manat təşkil edib.
Bu məbləğin 42,6 faizi mənfəət vergisinin, 22 faizi əlavə dəyər vergisinin, 11,2 faizi fiziki şəxslərin gəlir vergisinin, 7,4 faizi aksizlərin, 16,8 faizi isə digər vergilərin payına düşür. Qeyri-neft-qaz sektoru üzrə büdcəyə 1 milyard 494 milyon 642,1 min manat vəsait daxil olub. Yanvar-may aylarında respublika üzrə 34 min 901 vergi ödəyicisi, o cümlədən elektron qaydada 24 min 821 (71,1 faiz) vergi ödəyicisi qeydiyyata alınıb. 1 iyun 2013-cü il tarixə qeydiyyatda olan vergi ödəyicilərinin ümumi sayı 512 min 114 olub. Yanvar-may ayları ərzində respublika üzrə elektron formada göndərilmiş bəyannamələrin xüsusi çəkisi 91,1 faiz təşkil edib. Geri dön |