Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Mədəniyyət > Euronews Nizami Gəncəvi barədə səhvini düzəltdi
Euronews Nizami Gəncəvi barədə səhvini düzəltdi |
Mərkəzi ofisi Fransada yerləşən “Euronews” telekanalının saytının rus dilində olan versiyasında Gəncə barədə hazırlanan materialda Nizami Gəncəvi fars dahisi kimi təqdim olunub.
İyunun 9-da saytda yerləşdirilən “Azərbaycan həyatı” silsiləsindən “Gəncə, fars dahisi Nizaminin vətəni” (Qəndja, rodina persidskoqo qeniə Nizami) adlı yazıda və süjetdə aparıcı Pol Makdauel qeyd edir ki, fars klassiki Nizami müasir Azərbaycanda yerləşən Gəncə şəhərində anadan olub və bir çox digər şairlərin və yazıçıların yaradıcılığına təsir edib. APA “Euronews”la əlaqə saxlayaraq, N. Gəncəvinin fars kimi təqdim olunmasının yanlışlığını diqqətə çatdırıb. Bundan sonra kanal səhvi aradan qaldırıb, başlıq “Gəncə, şair Nizaminin vətəni” kimi verilib. Geri dön |