Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycan iqtisadiyyatına birbaşa investisiyaların 83 faizindən çoxu neft-qaz sektorunun payına düşür
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İqtisadiyyat > Azərbaycan iqtisadiyyatına birbaşa investisiyaların 83 faizindən çoxu neft-qaz sektorunun payına düşür

Azərbaycan iqtisadiyyatına birbaşa investisiyaların 83 faizindən çoxu neft-qaz sektorunun payına düşür


Azərbaycan iqtisadiyyatına birbaşa investisiyalar qismində yatırılan xarici kapitalın ümumi həcmi 1,4 milyard dollar təşkil edib ki, burada neft-qaz sektorunun xüsusi çəkisi 83,2 faiz səviyyəsində olub. Bu barədə çərşənbə günü Azərbaycan Mərkəzi Bankının tədiyyə balansında deyilir.
Bu investisiyalar Azərbaycan ərazisində, əsasən, neft-qaz layihələri çərçivəsində "BP Exploration Ltd" ("Şahdəniz") və Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti tərəfindən "Azəri-Çıraq-Günəşli" yatağında aparılan işlərin maliyyələşdirilməsi məqsədilə istifadə edilib.
AMB-nin hesablamalarına görə, qeyri-neft sektoruna cəlb edilmiş birbaşa investisiyaların həcmi 238,1 milyon dollar təşkil edib ki, bu da ölkəyə cəlb edilmiş birbaşa investisiyaların ümumi həcminin 16,8 faizini təşkil edib.

Geri dön