Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Avtobuslarda istifadə olunacaq plastik kartlar hazırdı (FOTO)
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > Avtobuslarda istifadə olunacaq plastik kartlar hazırdı (FOTO)

Avtobuslarda istifadə olunacaq plastik kartlar hazırdı (FOTO)


Namiq Həsənov: "Daha sürücü sərnişinə 20 qəpik kimi baxmayacaq"


Bakıda avtobuslarda gedişhaqqıları bu ayın sonlarından kart sistemi ilə ödəniləcək. Bunun üçün artıq plastik ödəmə kartları da hazırdı. Bunu Nəqliyyat Nazirliyinin mətbuat katibliyinin müdiri Namiq Həsənov mətbuata açıqlamasında bildirib. Onun sözlərinə görə, hazırda həmin kartlar sınaqdan keçirilir.

“Kartların sayı 500 minə çatacaq. Həmin kartların üstündə nəqliyyat kartı yazılıb. Bu bir bank məhsuludur. Həmin kartlar üçün ödəmə yerlərinin sayı təxminən 5 minə çatacaq. Kartların qiyməti 1 manat olacaq. Quraşdırılan post-terminallar vasitəsilə həmin karta gediş üçün pul yükləmək mümkün olacaq”, - deyə N.Həsənov bildirib.

Onun sözlərinə görə, Bakıda 100-dən artıq validatorlar quraşdırılıb. Təxminən 400-dən artıq validatorların da Türkiyədən gətirilməsi reallaşır.

“Avtobusda quraşdırılan qurğu 2 hissədən barətdir. Biri sürücünün sağ tərəfində arxada, digəri isə kantrol panel adlanır, sürücünün gözünün qarşısında. Arxada edilən ödəniş sürücünün gözü qarşısında olacaq. Bu proses onlayn vasitəsilə də izlənəcək. Sahibkarlar istənilən avtobusda gedişhaqqılarının ödənilməsinə nəzarət edə biləcəklər”, - deyə nazirlik rəsmisi vurğulayıb.

Namiq Həsənov deyir ki, hələlik kartlar yalnız bir bank vasitəsilə hazırlanıb: “Gələcəkdə ola bilsin ki, digər banklar da bu sistemə qoşulacaq. Bu kartlar həm də sərnişinlərə bir neçə üstünlük verəcək. Sərnişin avtobusda 50 manatlıq əskinaz verib, 20 qəpiyə görə pulu xırdalatdırır. Burada həm vaxt itkisidir, həm də sürücü ilə sərnişin arasında narazılıq yaranır. Amma kart vasitəsilə ödəmədə bu problemlər həll olunur”.

Nazirlik rəsmisi deyir ki, kartla ödəniş sisteminə keçid zamanı həm də avtobusların iştirakı ilə baş verən qəzaların da sayı müəyyən qədər azalacaq: “Aylıq məvacib alan sürücü sərnişinə 20 qəpik kimi baxmayacaq. Sürücü daha tez sürüb, daha çox sərnişin götürmək marağında olmayacaq. Bundan başqa, bu sistemə keçəndən sonra peşəkar sürücülər işə dəvət olunacaq. Yəni peşəkar sürücülər dəvət olunacaq, onlar aylıq 700-800 manat məvaciblə işləyəcəklər”.

Geri dön