Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Əlirza Amanbəyli: İrandan gələn narkotika təhdidi böyüyür
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Müsahibə > Əlirza Amanbəyli: İrandan gələn narkotika təhdidi böyüyür

Əlirza Amanbəyli: İrandan gələn narkotika təhdidi böyüyür


İran dövlətinin Azərbaycana hərtərəfli hücuma keçdiyi artıq ortaya çıxır

Hatəm Cabbarlı: “İrandan Azərbaycan üzərindən keçirilən narkotik maddələrin dövriyyəsində İranın xüsusi xidmət orqanlarının əlinin olduğu ehtimalı hər zaman var”



Xəbər verildiyi kimi, Milli Təhlükəsizlik Nazirliyi həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə qanunsuz olaraq narkotik vasitələrin daşınması ilə məşğul olan 12 nəfər ifşa edib. Onlardan ümumilikdə 40 kiloqram 500 qrama yaxın narkotik vasitə aşkar edilərək götürülüb. O da müəyyən edilib ki, qanunsuz dövriyyədən çıxarılmış həmin narkotik vasitələrin bir hissəsinin kultivasiyası, yəni əkilməsi, yetişdirilməsi və toplanılması Azərbaycan Respublikasının Ermənistan Respublikası tərəfindən işğal olunmuş ərazilərində təşkil edilmiş və sonradan həmin narkotik vasitələr İrana, oradan isə Azərbaycana gətirilib. Ümumiyyətlə, İran tərəfindən gələn narkotik təhdidi son illərdə demək olar,artan xətt üzrə inkişaf edib. Ölkəmizdə zərərsizləşdirilən narkotik vasitəçilərinin əksəriyyəti məhz İrandan keçmiş olur. Şərhçilərin bəziləri bütün bunları İran İslam Respublikasının Azərbaycana qarşı məqsədli planı kimi qiymətləndirirlər.

Milli Dirçəliş Hərəkatı Partiyası Güney Azərbaycan Departamentinin rəhbəri Əlirza Amanbəylinin fikrincə, İrandan bura narkotik vasitələrin daşınmasının, yayılmasının və tranzit olaraq başqa ölkələrə keçiriləmsinin həm siyasi, həm iqtisadi, həm də İranın blokadada olması ilə əlaqəsi var: "Siyasi məsələ odur ki, İran istər Güney Azərbaycanda, istərsə də müstəqil Azərbaycanda yaşayan əhalini zəhərləyərək milli yöndən uzaqlaşdırıb, narkotik təsir ilə millətin beynini məhv etmək məqsədi güdür. İkincisi məsələ də odur ki, İran iqtisadi cəhətdən blokadadadır. Oradakı narkobaronların əksəriyyəti İran rejiminin yüksək rütbəli məmurlarıdır. Bundan başqa, Əfqanıstan vasitəsi ilə İran təhlükəsizlik sisteminin nəzarətində olan xüsusi laboratoriyalara tiryək gətirilir. İranda da laboratoriyalarda heroinə çevrilərək region ölkələrinə, özəliklə də Azərbaycan, Türkiyə, Rusiya və bu xətlə də Avropa ölkələrinə satırlar. Son dönəmdə isə işğal altında olmuş ərazilərimizdə İran laboratoriyalarını genişləndirib. Orada İranın və Ermənistanın birgə narkobiznesləri vasitəsi təhlükəli tərkibə malik olan narkotik maddələr yetişdirilir. İran rejiminin əlaltıları vasitəsilə Azərbaycan ərazisinə keçirilir. Bunun kökündə əsas amil millətin genetikasını dəyişmək, insanların inkişafının qarşısını almaq dayanır”.

Əlirza Amanbəyli onu da əlavə etdi ki, İran qanunlarında şəriətində narkotik vasitələrin, xüsusi ilə də tiryəkin istifadəsinə qadağa yoxdur: "Pendir, at əti, tiryək məkruh sayılır. Yəni, istifadəsi qadağan deyil, amma məslətli də hesab edilmir. İranda alkoqollu içkilər qadağan olunduğu üçün, insanları, hətta din adamlarını narkotik vasitələrə aludələşdirmək bir siyasətə çevrilib. Xüsusilə də İranın mərkəzi fars vilayətlərində narkotik vasitələrinin istifadəsi adi bir haldır. Güney azərbaycanlılarının isə narkotikaya meyli sıfır dərəcəsində olduğu və siyasi proseslərdə yaxından iştirak etdiyi üçün İran onları narkotikadan asılı etməklə siyasi məqsəd güdür. İranda inqilabların beşiyi olan azərbaycanlıları narkomaniyaya öyrəşdirməklə siyasi məsələlərdə uzaqlaşdırmaq və həm də külli miqdarda maliyyə əldə etməyə çalışırlar. Bütün bunları nəzərə alsaq, İran dövlətinin Azərbaycana hərtərəfli hücuma keçdiyi artıq ortaya çıxır. Narkotika, terror və s. bunlar İran rejiminin millətimizə qarşı apardığı mübarizənin bariz nümunəsidir”.

Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzinin sədri Hatəm Cabbarlı isə qeyd etdi ki, bu əməllər İran tərəfindən edilən ilk hadisə deyil: "Son illərdə İran Azərbaycan üzərində narkotik vasitələrin daşınmasında xeyli artım var. Bunu da Azərbaycanda istehlak üçün deyil, sadəcə ölkəmiz üzərindən Rusiya və digər Qərb ölkələrinə çıxarılması kimi dəyərləndirmək olar. Diqqəti çəkən digər məqam ondan ibarətdir ki, həmin narkotik vastələrinin xammalı Azərbaycanın işğal altındakı ərazilərində becərildiyi bildirilir. Bu məsələ barədə Azərbaycan rəsmilərinin beynəlxalq ictimaiyyətə verdikləri bəyanatlar diqqətə alınmalıdır”.Siyasi şərhçi onu da bildirdi ki, İranda narkotik vasitələrinin becərilməsi, emal edilməsi dinə görə də qadağandır və həmin əməllərə ən ağır – ölüm cəzası verilir: "Amma yenə də İranda ölüm cəzası cinayətlərin qarşısını almır. Bu baxımdan İrandan Azərbaycan üzərindən keçirilən narkotik maddələrin dövriyyəsində bəzi belə ticarətlə məşğul olan qruplarla bərabər, həm də İranın xüsusi xidmət orqanlarının əlinin olduğu ehtimalı hər zaman var”.



Mübariz BAYRAMOV

Geri dön