Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Gündəm > Peru parlamentində Xocalı soyqırımı ilə bağlı qərar qəbul olunub
Peru parlamentində Xocalı soyqırımı ilə bağlı qərar qəbul olunub |
Peru parlamentində Xocalı soyqırımı ilə bağlı qərar qəbul olunub.Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, qərarda deyilir ki, 1987-ci ilin sonlarında Ermənistan-Azərbaycan münaqişəsinin son mərhələsi başlayıb və ermənilərin Xankəndidəki azərbaycanlı əhaliyə qarşı hücumlarla daha da kəskinləşib: “1988 və 1989-cu illərdə ermənilərin hücumlarının sayının artması və sonrakı illərdə keçmiş SSRİ-də siyasi stabilliyin olmaması yüz minlərlə azərbaycanlının deportasiya olunmasına gətirib çıxarıb.
1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərində azərbaycanlılara qarşı dəhşətli qətliam baş verib. Qadın və uşaqların da daxil olduğu 613 insan öldürülüb, 1275 nəfər girov götürülüb, 150 nəfər itkin düşüb, 76-sı azyaşlı olmaqla 487 nəfər əlil edilib, 26 uşağın hər iki, 130 uşağın isə bir valideyni qətlə yetirilib. Soyqırımı kimi qiymətləndirilən və tam şəkildə sənədləşdirilmiş bu hücumun ardınca Dağlıq Qarabağ və ətrafındakı yeddi rayon Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub”. Qərarda Peru Konqresinin Xarici Məsələlər Komissiyası Ermənistan və Azərbaycan xalqlarının suverenliyinə tam hörmətini ifadə edərək Peru Respublikasının Konqresi bu ölkələrin hökumətlərini münaqişəyə son qoymaq məqsədilə özlərinin uyğun hesab etdiyi formatda və mümkün olan ən qısa müddətdə razılaşma əldə etməyə çağırılır. Həmçinin qərarda Xocalı qətliamının nümunəsində münaqişə qurbanlarına edilmiş ədalətsizliyin hələ də aradan qaldırılmadığını xatırlayaraq bəyan edilir ki, xalqlar arasında əlaqələrin möhkəmlənməsinə və millətlər arasında harmoniyanın yenidən təsis edilməsinə töhfə verəcək mümkün tədbirlər istənilən sülh razılaşmasının əsas elementi olmalıdır. Geri dön |