Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Hüquq > Əcnəbilər torpaq ala bilməz
Əcnəbilər torpaq ala bilməz |
Son vaxtlar Azərbaycanda beynəlxalq iqtisadi münasibətlərin genişləndiyi bir vaxtda ölkəmizdə xarici investisiya miqyası daha da artmışdır. Bu sərmayələr əsasən, yeni xarici şirkətlər vasitəsilə Azərbaycana gətirilir. Azərbaycanda yeni fəaliyyətə başlamış şirkətlər ilk əvvəl fəaliyyət üçün binalar inşa etməkdə maraqlı görünürlər. İstər ofis, istər sex, istərsə də zavodu kirayə şəklində yerləşdirmək əcnəbi şirkətlərinin maraqlarına uyğun gəlmir. Əksər hallarda yabancı şirkətlər özlərinə məxsus tikililərdə fəaliyyət göstərməyə üstünlük verirlər. Lakin Azərbaycan Respublikasının qanunvericiliyi onların bu maraqlarını təmin etmir. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 48-ci maddəsinin 3-cü bəndinə görə, Azərbaycan Respublikası vətəndaşlarından fərqli olaraq, əcnəbilər, vətəndaşlığı olmayan şəxslər və xarici şirkətlər Azərbaycan Respublikasında torpaq sahələrini yalnız icarə hüququ əsasında əldə edə bilər. Bu qanun isə onların Azərbaycanda torpaq mülkiyyətçisinə çevrilərək, həmin ərazidə bina inşa etmək kimi maraqlarına əngəl törədir. Qanunvericiliyə görə, əcnəbi şirkətlər Azərbaycan ərazisində yalnız icayərə götürülmüş torpaq sahəsi üzərində müəyyən şərtlərlə qanunvericiliyin tələblərinə uyğun şəkildə bina inşa edə bilər. Bu da ancaq icarə şərtlərinə uyğun şəkildə tənzimlənir.
Geri dön |