Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İranda müxalif saytlar dağıdılıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Sosial > İranda müxalif saytlar dağıdılıb

İranda müxalif saytlar dağıdılıb


İranda müxalif saytlara haker hücumu olub.Son günlər İnsan Hüquqları Müdafiəçiləri Qurumuna, İran Kommunist Partiyasına məxsus portallar, həmçinin “Digərban”, “Səhamnews”, “Yaşıl dalğanın səsi” saytları və daha bir neçə internet resursunun fəaliyyəti dayandırılıb.

Özlərini “Virtual aləmin naməlum cihad qrupu” adlandıran qrup hücuma məruz qoyduğu saytlara öz loqosunu yerləşdirib. Haker hücumunun siyasi xarakter daşıdığı, İrandakı prezident seçkisi ilə əlaqələndirildiyi bildirilir.

“Google” şirkəti isə iyunun 13-də bəyanat yayaraq son üç həftədə on minlərlə iranlı internet istifadəçisinin “Gmail”dəki parolunu əldə etmək üçün şübhəli cəhdlər göstərildiyini açıqlayıb. Bəyanatda bildirilir ki, araşdırmaların nəticələri həmin cəhdlərin İrandan edildiyini sübut edib.

Geri dön