Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Diaspor > Moskvanın miqrasiya oyunu
Moskvanın miqrasiya oyunu |
Rusiya Qafqaz və Orta Asiyadan olan miqrantlara düşmən kəsilir
Rusiya Dövlət Dumasına miqrantlarla bağlı yeni təklif daxil olub. Hakim «Vahid Rusiya» partiyasından olan deputat Aleksey Juravlyov və Jirinovskinin lideri olduğu Liberal Demokrat Partiasının deputatı Sergey Jiqaryov «Ölkəyə gəlmə və ölkədən getmə haqqında», «Rusiya Federasiyasında olan xarici vətəndaşların hüquqi vəziyyəti» haqqında qanuna dəyişiklik hazırlayıblar. Təklifə görə, viza tələb olunmayan ölkələrdən Rusiyaya gələn miqrantlar bunun əvəzində miqrasiya vekseli əldə etməlidirlər. Qanun layihəsi payız sessiyasının gündəliyinə daxil ediləcək. Layihəyə görə, yeni maliyyə aləti olaraq xarici vətəndaşın ödəmə qabiliyyətliyini təmin edəcək miqrsiya vekseli yaradılır. Miqrasiya vekseli — faizsiz xəzinə vekselidir. Bu veksel Rusiyaya vizasız gəlişi olan ölkədən gəlmiş xarici ölkə vətəndaşı tərəfindən əldə ediləcək. Veksel miqrantın deportasiya olunacağı təqdirdə onun xərclərinin ödənməsinə imkanı verəcək. Qeyd-şərtsiz maliyyə öhdəliyi olan veksel xairici vətəndaş Rusiyanı tərk edən zaman bağlanacaq. Deputatlar hesab edir ki, bu dəyişiklik Rusiyada milli bütövlüyü saxlamağa kömək edəcək, kriminogen vəziyyəti aşağı salacaq və dövlət büdcəsinə əlavə pullar qazandıracaq. Vekseli almaq üçün miqrant 30 min rubl pul ödəməlidir. Bu hesabla il ərizndə 7 milyon miqrantın vekselindən büdcəyə 225 milyard rubl daxil olacaq. Ekspertlərin rəyinə görə, Orta Asiyadan olan vətəndaşın deportasiyası 30-40 min rubla başa gəlir. 2012-ci ildə Rusiyadan 35 min adam deportasiya edilib. Bu xərclər isə ölkə büdcəsi üçün böyük yük yaradır. Qanuna ediləcək təklif miqrantların hüquqlarını müdafiə edən təşkilatlar tərəfindən etirazla qarşılanıb. Rusiya Miqrantları Federasiyasının prezidenti Məhəmməd Əmin Məcumder təklifi «diskriminasiya cəhdi» adlandırıb. O «Exo Moskvı»ya açıqlamansıda qəzəblə bildirib ki, işçi miqrantlar üçün təklif olunan 30 min rubl həcmində giriş vekseli «lazımsızdır» və xarici vətəndaşlara qarşı diskriminasiya cəhdidir: «Mən bunu təkcə diskrimansiya deyil, miqrantların təhqir olunması və aşağılanması hesab edirəm. Miqrantları ikinci, üçüncü növ insan hesab edirlər. Amma axı miqrantlar insandırlar. Deputatlar vəziyyəti öyrənmək əvəzinə boşboğazlıq edirlər». Onun sözlərinə görə «ağlı başında olan heç bir deputat bu təklifi dəstəkləməyəcək». Federal Miqrasiya Xidməti də qanun layihəsini dəstəkləmir. «Siz heç bilirsiniz Özbəkistan vətəndaşı üçün 30 min rubl nə deməkdir? Bu məbləğ ruslar üçün 3 milyon rubl kimi bir məbləğdir. Bu məbləği toplamaq miqrant üçün əlçatmazdır» -deyə FMX-nin İdarə rəisi Olqa Kirillova bildirib. Son zamanlar Moskvada miqrantlara qarşı aparılan sərt siyasətin fonunda belə şovinist cəhdlərin cücərməsi təsadüfi deyil. Kremlin MDB-də apardığı «bərkitmə» kampaniyası keçmiş sovet respublikalarının vahid «zəncirə» bağlanmasına hesablanıb. Bu kampaniyada «miqrant çəkici» əsas amillərdən biri sayılır. Qeyd edək ki, Rusiyada 10,5 milyon miqrant yaşayır və fəaliyyət göstərir. Rusiya Dövlət Federal Miqrasiya Xidmətindən bildirilib ki, miqrantlardan 2,5 milyon nəfəri Özbəkistandan, 1,3 milyon nəfəri Ukraynadan, 1,1 milyon nəfəri Tacikistandan, 599 min nəfəri isə Azərbaycandan gələnlərdir. Federal Miqrasiya Xidmətinin rəis müavini Anatoli Fomenko bildirib ki, miqrantlardan təxminən 7 mini rus dili üzrə testlərdən keçib və onlara müvafiq sertifikatlar verilib. Qeyd edək ki, 2012-ci il dekabrın 1-də qəbul olunan qanuna əsasən Rusiyaya gələn əmək miqrantları rus dili üzrə imtahan verməlidir. Rusiyada miqrant oyunu Putinin Gömrük İttifaqı və Avrasiya İttifaqı ideyasından sonra ortaya atılıb. Belə ki, Rusiya prezidenti Vladimir Putin Gömrük İttifaqına üzv olmayan ölkələri miqrant axınını məhdudlaşdırmaqla təhdid edib. 2015-ci ilin əvvəlindən etibarən Gömrük İttifaqına üzv olmayan ölkələrdən Rusiyaya miqrant axınının ciddi ölçüdə məhdudlaşdırılacağını bildirən Putin güzəştlərin yalnız üzv ölkələrə şamil ediləcəyini bildirib. Artıq Putinin sərt miqrant siyasəti Moskvada miqrantlar arasında əməlli-başlı çaşqınlıq yaradıb. Prezidentin miqrasiya sahəsində qanunları gücləndirmək üçün Dövlət Dumasına göndərdiyi qanun layihəsi «gəlmələrin» işini çətinə salacaq. Putinin təklif etdiyi yeni qanun layihəsinə görə Rusiyada qeyri-qanuni yaşamaq yüksək cərimə və azadlıqdan məhrumetmə cəzası ilə daha da ağırlaşdırılacaq. Yeni qanuna görə, ölkənin əmək və miqrasiya qanunvericiliyini pozanların 10 il müddətinə ölkəyə girişi qadağan olunmalıdır. Putinin təkliflərinə görə, miqrantlar rus dilini bilməklə yanaşı, rus ədəbiyyatı və tarixini də minimum səviyyədə bilməli, bunu imtahan qaydasında sübuta yetirməlidirlər. Dövlət Duması miqrantların yaşadığı yerdə saxta qeydiyyatın qarşısını almaq üçün böyük ölçüdə cərimə tətbiq edilməsini tələb edən prezident layihəsini birinci oxunuşda qəbul edib. Xarici vətəndaşlar və ya vətəndaşlığı olmayan şəxsləri saxta qeydiyyata görə 100 min rubldan 500 min rubla qədər cərimə, (təxminən 3-16 min dollar) ya da 3 ilə qədər həbs cəzası gözləyir. Bundan başqa qanun layihəsində yaşayış yerində pasportsuz yaşayanlar üçün də sanksiya tətbiq edilməsi əksini tapıb. Moskvadakı «Yeni sabah-Azərbaycan» cəmiyyətinin sədri Maqsud Səlifov deyib ki, hesablamalara görə, Rusiya paytaxtında azı 700 min azərbaycanlı miqrant çalışır: «Rusiya Əmək və Sosial İnkişaf Nazirliyinin məlumatına görə, gələn il xarici işçilər üçün 1,75 milyon kvota verilməsi nəzərdə tutulur. Bu günlərdə Rusiya Əmək və Sosial İnkişaf Nazirliyi ölkəyə xarici işçilərin dəvət olunması ilə bağlı ərizə qəbulunu yekunlaşdırıb. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Rusiya kompaniyaları 1 225 907 xarici işçi cəlb olunması üçün ərizə veriblər, bir il əvvəl isə faktiki 1 267 978 nəfər tələb olunurdu. İndi özünüz fikir verin. Bu miqrant sayına azərbaycanlılardan başqa, ermənilər, gürcülər, moldovanlar, Orta Asiya respublikalarından gəlmiş on minlərlə miqrant da iddia edir. Ona görə də, çox çətin olacaq». Təbii ki, Rusiyada miqrasiya ilə bağlı qanunun sərtləşdirilməsi yüz minlərlə azərbaycanlının vəziyyətinə, yaşam tərzinə kəskin təsir edəcək. Ekspertlərin fikrincə, Azərbaycana Rusiyadan miqrant axını ölkəyə saysız problemlərin gəlməsi demək olacaq. Miqrantlar ölkəyə özləri ilə həm çoxsaylı sosial-iqtisadi, həm də siyasi problemlər gətirəcək. İqtisadçı ekspert Vüqar Bayramovun sözlərinə görə, miqrasiya şərtləri ağırlaşdırılarsa, bu zaman şərtlərdən ən çox zərər çəkən Azərbaycan tərəfi olacaq. Əsas məsələ sosial təsirlərlə bağlıdır. Son məlumatlara görə, Rusiyada 2 milyona yaxın azərbaycanlı yaşayır. 2011-ci ildə Azərbaycan tərəfinin rəsmi açıqlamalarına görə, bütövlükdə MDB ölkələrindən Azərbaycana 1 milyard dollara yaxın vəsait köçürülüb. Bunun da təxminən 80 faizi, yəni 800 min dolları Rusiyanın payına düşür. Amma Rusiya tərəfinin hesablamalarına görə, il ərzində orada yaşayan azərbaycanlılar ölkələrinə 3 milyard dollara yaxın vəsait aparır. O cümlədən bu vəsaitin böyük bir hissəsi bankla yox, nağd şəkildə gətirilir: «Söhbət kifayət qədər böyük məbləğin Azərbaycana göndərilməsindən gedir. Miqrasiya şərtləri ağırlaşdığı halda, baş verən proseslər Azərbaycana mənfi təsir göstərəcək». Miqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyev bildirib ki, tətbiq olunacaq yeni qaydalardan əsasən Ukrayna, Orta Asiya və Ermənistan kimi ölkələrin vətəndaşları əziyyət çəkəcəklər. O ki qaldı Rusiyada yaşayan azərbaycanlılara, Əlövsət Əliyev qeyd edib ki, sərtləşdirmə siyasəti təqribən 5-6% həmyerlimizə təsir edəcək və ya bundan sonra Rusiyaya gedəcək miqrantlara şamil ediləcək. Bu da elə böyük bir göstərici deyil: «Rusiyada yaşayan azərbaycanlı miqrantların böyük əksəriyyəti ya Rusiyanın vətəndaşlığını qəbul edib, ya da bu ölkədə daimi və ya müvəqqəti yaşamaq üçün icazəyə malikdirlər. Odur ki, Rusiya qanunvericiliyi qaydalarını pozmadıqlarına görə qaydaların sərtləşdirlməsi onlara mənfi təsir etməyəcək. Nə qədər ki, Rusiya ilə Azərbaycan arasında viza rejimi tətbiq olunmayıb bu cür qaydalar ciddi təsir göstərməyəcək və narahatçılığa ehtiyac yoxdur». Politoloq Natiq Miri isə baş verənləri Rusiyanın post-sovet ölkələrinə basqısı kimi xarakterizə edib. Ekspertin qənaətincə, Putin bununla Gömrük İttifaqına üzvlüyü təzyiq vasitəsi ilə təmin etməyə çalışır: «Rusiyada bu gün fəaliyyət göstərən miqrantların böyük əksəriyyəti Qafqaz mənşəlidir. Əgər bu gün Gürcüstanın bir milyondan çox sakini Rusiyada yaşayırsa, Azərbaycandan gedib Rusiyada miqrant olaraq işləyən soydaşlarımızın sayı üç milyondan yuxarıdır. Orta Asiya ölkələrindən də çoxlu sayda miqrant Rusiyada yaşayır. Bu, əslində Rusiyanın dövlət maraqlarına xidmət edən bir siyasətdir. Sadəcə olaraq, Rusiya bu siyasətdən indiki məqamda digər ölkələrə qarşı təzyiq məqsədi ilə istifadə etməyə çalışır». Ekspertin sözlərinə görə, Rusiya məhz təzyiq vasitəsi ilə Gömrük İttifaqına üzv olmayan əksər post-sovet ölkələrini bu quruma üzv edəcəyinə əmindir: «Rusiya Gömrük və Avrasiya ittifaqına üzv olmayan post-sovet ölkələrinə qarşı təzyiq siyasətindən istifadə edir. Ola bilsin ki, bəzi ölkələr bu təzyiq siyasəti qarşısında sona qədər davam gətirməyərək Rusiyanın dediyinə boyun əysin». Miqrasiya üzrə ekspert Azər Allahverənov isə Rusiyanın tətbiq etdiyi «dəvət məktubu»na toxunub: «Dəvət məktubu» Rusiyada günəmuzd işləyən azərbaycanlılar üçün əsl bəlaya çevriləcək. Məsələn, Rusiya ərazisinə sərnişin daşıyan sürücülər, eləcə də fəhlə kimi çalışanlar hər gün dəvət məktubu almalıdır. Əks halda Rusiya ərazisinə giriş mümkün olmayacaq». Cavid Geri dön |