Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Müsahibə > Hüseyn Türkeli: Ruhani də, Əmədinejad da eyni rejimi təmsil edirlər
Hüseyn Türkeli: Ruhani də, Əmədinejad da eyni rejimi təmsil edirlər |
Faxtə Zamani: «Güneylilər yenə də öz mədəni hüquqları uğrunda mübarizəsini tamamilə normal şəraitdə apara bilməcəklər»
Hüseyn Türkeli: «Ruhani də, Əmədinejad da eyni rejimi təmsil edirlər, sadəcə onlardan biri qılıncla baş kəsməyə çalışır, o biri pambıqla!» Cavad Derəxti: «Deyərlər ki, «Köhnə hamam, köhnə tas»" İranda prezident seçkilərinin nəticələri beynəlxalq ictimaiyyət üçün də sürpriz oldu. Hər halda «İsraili yer üzündən siləcəyik» bəyanatı ilə müharibə ritorikasından özünə xal yığan Əhmədinejadı növbəti müddətə ölkənin nüvə proqramının inadkar müdafiəçisi Cəlili və ya dini lider Xameneyinin mütləq hakimiyyətinin keşikçilərindən biri kimi tanınan Qalibaf əvəz etməyəcəklər. İranın yeni prezidenti seçilən mötədil din xadimi kimi dəyərləndirilən Həsən Ruhani hər nə qədər ölkənin nüvə strategiyasından çıxış etsə də, yaxud dini liderin müəyyənləşdirdiyi siyasətin icrasından kənara çıxa bilməyəcəksə belə, ümumilikdə «islahatçılar»ın 2009-cu ildən «yaşıl hərəkat»ın basdırılmasından bu yana hakim olan sükunəti pozan qələbələrinin ölkənin həyatında ciddi dəyişikliklərə gətirib çıxaracağını proqnozlaşdırmaq olar. Ən azından ona görə ki, fars təmayülündən və şovinist mahiyyətindən asılı olmayaraq, sivil dünyaya açılma meylləri, bu yöndə ölkənin yeni seçilmiş prezidentindən cəsarətli qərarlar gözləntisi İran cəmiyyətinə hakim kəsilib. Artıq İranda prezidentin dini liderin buyruqlarının icraçısı səlahiyyətindən kənara çıxa bilməməsi gerçəyinin də bir anlamı qalmır. İran cəmiyyəti nəinki mütləq hakimiyyətin ötən 4 il ərzində üzərində hiss etdiyi basqılarını artıq yumşaltmağa nail ola bilər, hətta sanksiyalar, sosial və iqtisadi böhran məngənəsində çabalayan yaşayan əhalinin narazılıqları perspektivdə təşkilatlanmış forma ala bilər. Ümumən desək, Ruhaniyə verilən səslər «pisin içərisindən ən yaxşısını seçmək» alnamı verir və nəticələr onu göstərdi ki, İran əhalisi gələcəyini «islahatlar»da görür. Özünün ilk mətbuat konfransında da Həsən Ruhani ölkəyə yeni dövrün başlanacağını vəd edib və daha mötədil yeni kurs götürəcəyinə söz verib. Xatırladaq ki, Həsən Ruhani seçki kampaniyası dövründə İranda yaşayan etnik azlıqların problemləri, o cümlədən azərbaycanlıların dil və mədəni problemləri, Urmiyə gölünün quruması kimi məsələlərə diqqət verəcəyini bəyan etmişdi. Hazırda Norveçdə yaşayan azərbaycanlı insan hüquqları fəalı Faxtə Zamani «Amerikanın Səsi»nə müsahibədə azərbaycanlıların İranda yeni prezident seçilmiş Həsən Ruhani və onun hökumətindən ümidləri və gözləntiləri barədə fikirlərini açıqlayıb. Hüquq müdafiəçisi bildirib ki, bu dəfəki seçkilər əvvəlkilərdən elə təbliğat kampaniyası dövründə də fərqlindi. Yəni ilk dəfə idi ki, İran prezidentliyinə namizəd azərbaycanlıların dil hüquqlarına və Azərbaycan dilində məktəb açılmasına dəstək verirdi. Faxtə Zamani hesab edir ki, azərbaycanlıların böyük sayda olmasa da, səsvermədə iştirakını yəqin ki bununla izah etmək mümkündür. Seçkilərin nəticələri elan olunduqdan sonra Güney Azəbaycanının demək olar hər yerində «Türk dilində mədrəsə» və «Məhbuslar azad edilsin» kimi şüarlarla keçirilən aksiyalar azərbaycanlıların verilən vədlərin həyata keçirilməsini tələb etməkdə israrlı olacaqlarını göstərir. Faxtə Zamani deyib ki, güneylərinin yeni prezidentdən verilən vədlərə əməl edilməsini istəyirlər: «Prezidentliyə namizədin ilk dəfə olaraq seçki kampaniyası zamanı azərbaycanlıların problemlərini gündəmə gətirməsinin əsas səbəbi son dövrdə onların siyasi fəallığı ilə əlaqədar idi. Bu, İran hökumətinə azərbaycanlıların öz problemlərini diqqəti mərkəzində saxladığını göstərib. Kərrubi və Musəvinin kampaniyası dövründə azərbaycanlılar ayağa qalxmadılar. Bu fakt bir mesaj oldu ki, Güney Azərbaycan türkləri öz problemlərinə diqqət verirlər və əgər prezidentliyə namizəd onların məsələlərinə diqqət vermirsə, onlar da dövlətin heç bir işində, prezident seçkilərində iştirak etmirlər». Ruhaninin qələbəsini şərtləndirən daha bir amil kimi iqtisadi faktorun təsiri barədə danışan güneyli hüquq müdafiəçisi ABŞ və Qərb ölkələrinin tətbiq etdiyi sanksiyalar nəticəsində İran iqtisadiyyatının zəiflədiyini və İran hökumətinin hazırkı iqtisadi şəraitdə azərbaycanlıların məsələlərini artıq diqqətən kənarda qoya bilmədiyini qeyd edib. Qeyd edək ki, keçmiş prezident Məhəmməd Xatəmi və prezidentlik müddəti bitmiş Mahmud Əhdmənijeadın hakimiyyəti dövrü azərbaycanlılar üçün ciddi təzyiqlər və basqılarla yadda qalıb. Bəs Ruhaninin hakimiyyəti dönəmində güneyli soydaşlarımıza qarşı təzyiqlər səngiyəcəkmi? Hüquq müdafiəçisinin fikrincə, onlar öz mədəni hüquqları uğrunda mübarizəsini tamamilə normal şəraitdə yenə də apara bilməcəklər, amma ümumi şəraitin bir qədər dəyişə biləcəyinə ümidlərin var: «Hövbəti həftələr İranın yeni liderinin verəcəyi mesajlardan hökumətin siyasətində dəyişikliklərin olub-olmayacağını müəyyən etmək mümkün olacaq və bu isə öz növbəsində, Azərbaycan türklərinin istəkləri və arzularının həyata keçməsi üçün mübarizədə öz əksini tapacaq». Hazırda Kanadada yaşayan güneyli fəallardan Hüseyn Türkeli də İranda seçkilərin nəticələrinin ölkənin gələcəyi və Güney Azərbaycanda milli hərəkata təsiri barədə fikirlərini açıqlayıb. Onun fikrincə, Həsən Ruhaninin seçilməsinin əsas səbəblərinden biri, bəlkə də başlıcası Azərbaycan türklərinə və etnik azlıqlara ana dilində təhsillə bağlı verdiyi vədlər, azlıqlara qarşı ayrıseçkiliyin aradan qaldırılması və Urmiyə Gölünün qurumasının qarşısının alınacağı ilə bağlı sözləri olub: «Molla rejiminin nümayəndələri bu kimi vədləri çox veribler. Amma sonradan vədlərini unudublar, icra mərhələsinə gələndə müxtəlif bəhanələrlə vədlərindən boyun qaçırıblar. Ruhani də, Əmədinejad da eyni rejimi təmsil edirlər. Sadəcə onlardan biri qılıncla baş kəsməyə çalışır, o biri pambıqla! O da molla rejiminin ömrünün uzadılmasına çalışır, amma Əhmədinejaddan daha fərqli metodlarla… Ola bilsin ki, dünya birliyi ilə İran arasında gərginlik nisbətən azala bilər, çünki Ruhani Əhmədinejaddan fərqli olaraq mötədil xarici siyasətin tərəfdarıdır. Amma ümumi strategiya o cümlədən nüvə proqramı kimi məsələlərdə ciddi dəyişiklik olacağına inanmaq çətindir. Bu kimi məsələlərlə bağlı qərarları prezident deyil, Xamneyi verir». Güman etmək olarmı ki, Ruhaninin seçilməsi İranin dini liderinin özünün layihəsi olub? Hüseyn Türkeli seçkinin bəlli nəticələrinə ən azından Xamneyinin razılıq verdiyini qənaətindədir: «Xamneyi ilə Rəfsəncani arasında bu məsələdə anlaşma ehtimalı var». Bu anlaşmanın İranı böhrandan çıxarmaq niyyətindən qaynaqlandığı ehtimalına gəlincə, Hüseyn Türkelli hesab edir ki, taktiki və bir sıra dekorativ dəyişikliklər əlbəttə ki, olacaq. Çünki ən azından Ruhani xaraktercə Əhmədinejaddan ferqlidir: «Yəni bir yumşalma planı ehtimalı var. İran ağır böhranlar içərisindədir. Sərt sanksiyalar İran iqtisadiyyatını çökdürüb. Əhmədinejadın inadkar və radikal idarəçiliyi böhranı daha da dərinləşdirirdi, konfrantasiyanı artırır, müharibə ehtimalını gücləndirir və bununla da rejimin məhvini tezləşdirirdi. Amma islahatçılar ölkəni fərqli üsullarla və taktikalarla idarə etməyə üstünlük verirlər. Bundan başqa mühafizəkarlarla islahatçıların Ruhaninin adı üzərində ortaq məxrəcə gəlmələrinin əsas səbəblərindən biri də sosial- siyasi partlayış təhlükəsini və inqilab meyllərini zəiflətmək cəhdləri ilə izah oluna bilər. Bəs bu razılaşmadan sonra Xamneyi öz mövqelerini əldən verməyəcək ki? Yəni belə fikirlər var ki, «ox yaydan çıxıb». Hüseyn Türkelliyə görə, əslinə baxsan, İranda prezidentin selahiyyətləri məhduddur, və o sadəcə Xamneyinin əsgəri olmaqdan uzağa gedə bilmir: «Ruhaninin, ümumiyyətlə, Xamneyiyə qarşı çıxacağına və hətta bunu istəməsinə inanmıram. Xamneyi bütün güc strukturlarına, və İnqilab Keşikçiləri vasitəsilə ölkənin əsas maliyyə resurslarına nəzarət edir». İranın yeni prezidentinin Güney Azərbaycanda türklərinə verdiyi vədlərə gəlincə, o, qeyd etdi ki, əslində bu məsələ Azərbaycan türklərinin əsas tələbləri və istəklərinin bir növ etirafı sayıla bilər: «Hamizədlər bilirdilər ki, bu kimi vədləri səsləndirməsələr azərbaycanlı seçicilərin səsvermə məntəqələrinə çəkə bilməyəcəklər. Bu vədlərin yerinə yetiriləcəyinə inam az olsa da, gözləmək lazımdır. Eyni zamanda rejimin strateqleri anlayırlar ki, ən azından ana dilində təhsil kimi təməl haqların təmin olunmaması istiqlal hərəkatının daha da güclənməsinə gətirib çıxaracaq. Məncə İranda kiminsə prezident seçilməsi Azərbaycan milli hərəkatının strateji hədəflərinə ciddi təsir etməyəcək. Çünki rejimin Azərbaycan məsələsinə yanaşmasında ciddi dəyişiklik gözlənilmir». Dünya Azərbaycanlıları Konqresinin sədri Cavad Derəxti isə İrandakı seçkinin nəticələrinə və Ruhaninin prezident seçilməsi faktına qısa münasibət bildirib: «Ataların bir sözü var. Deyərlər ki, «Köhnə hamam, köhnə tas». Məncə İran adlanan ölkədə heç nə deyişmədi. Ancaq 4 il daha insanlarımız türklər demişkən oyalanacaqlar». Əhmədinejadı məhkəmə gözləyir İranın fəaliyyəti baş çatmaqda olan prezidenti Mahmud Əhmədinejad yol verdiyi bir sıra qanun pozuntularına görə Tehran Əyaləti Cəza Məhkəməsinin 76-cı şöbəsinə çağırılıb. Əhmədinejad İran parlamentinin sədri Əli Laricani və parlamentdəki 90-cı əsl komissiyasının (bu komissiya hökumət qurumlarının, eləcə də hökumət rəsmilərinin qanun pozuntuları ilə bağlı şikayətlərə baxır — red.) rəisi Məhəmmədəli Purmuxtarın şikayəti əsasında məhkəməyə çağırılıb. Əhmədinejada qarşı şikayət ərizəsi iyunun 14-də İranda keçirilmiş prezident seçkisindən 17 gün əvvəl tərtib olunub. Şikayətə bu ilin dekabr ayında, yəni Əhmədinejadın prezidentlik müddətinin başa çatmasından dörd ay sonra baxılacaq. Əhmədinejad hökuməti isə prezidentin məhkəməyə çağırılmasını kəskin qınayaraq bunun ölkə konstitusiyasına zidd addım olduğunu bildirib. Hazırladı: TURQUT Geri dön |