Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Respublika Seysmoloji Xidmət Mərkəzi Bakıda baş verən zəlzələyə aydınlıq gətirib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > Respublika Seysmoloji Xidmət Mərkəzi Bakıda baş verən zəlzələyə aydınlıq gətirib

Respublika Seysmoloji Xidmət Mərkəzi Bakıda baş verən zəlzələyə aydınlıq gətirib


AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzi bəyan edib ki, Azərbaycanda seysmoloji fon normaldır və heç bir narahatlığa səbəb yoxdur.

"Dünən gecə saatlarında zəlzələ Xəzərdə olan kiçik ocaqlarda baş verib. Bu da normal prosesdir. Əgər zəlzələ ocaqları varsa, bu cür kiçik hiss olunan və ya olunmayan yeraltı təkanların baş verməsi təbiidir", - çərşənbə günü Trend-ə Mərkəzin baş direktoru Qurban Yetirmişli deyib.

Bakıda çərşənbə axşamı saat 23:33 radələrində 3 bal gücündə zəlzələ baş verib. Bu barədə AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzi xəbər yayıb.

Verilən məlumata əsasən, yeraltı təkanın episentri Bakı şəhərindən 49 km cənub-şərqdə, Xəzər dənizində olub.

İnsan təlafatı və tikililərdə dağıntı yoxdur.

Yetirmişli deyib ki, gün ərzində Azərbaycanda 5-6 kiçik yeraltı təkanlar qeydə alınıb.

Geri dön