Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “Gələn ilin əvvəlində sosial ipotekanın yeni şərtləri müəyyənləşəcək”
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > İqtisadiyyat > “Gələn ilin əvvəlində sosial ipotekanın yeni şərtləri müəyyənləşəcək”

“Gələn ilin əvvəlində sosial ipotekanın yeni şərtləri müəyyənləşəcək”


“Yəqin ki, növbəti ilin əvvəlində sosial ipotekanın yeni şərtlərinin hansı şəkildə qəbul olunmasının şahidi olacağıq”. Bu açıqlamanı jurnalistlərə gənclər və idman nazirinin müavini İntiqam Babayev verib.

İ.Babayev deyib ki, sosial ipoteka ilə bağlı yeni təkliflərin hazırlanması istiqamətində müvafiq işlər davam etdirilir: “Sosial ipoteka ilə bağlı yeni təkliflər müəyyənləşib. Burada əsas məqam sosial ipotekanın verilmə qaydalarının daha da asanlaşdırılmasıdır”.

Nazir müavini qeyd edib ki, ipotekanın verilmə şərtlərinin - meyarların genişləndirilməsi məsələsi də əsas məqamlardan biridir: “Digər nüans isə bundan ibarətdir ki, indiyə qədər sosial ipoteka yalnız gənc ailə məfhumunu əhatə edirdisə, yeni təkliflər içərisində bunun gənclərə də şamil edilməsi nəzərdə tutulub”.

Geri dön