Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > ABŞ İrana görə Yaponiya bankını 250 milyon dollar cərimələyib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > ABŞ İrana görə Yaponiya bankını 250 milyon dollar cərimələyib

ABŞ İrana görə Yaponiya bankını 250 milyon dollar cərimələyib


ABŞ Yaponiyanın ən böyük bankı olan “The Bank of Tokyo-Mitsubishi UFJ”ni 250 milyon dollar cərimələyib.Buna səbəb bankın İrana qarşı beynəlxalq sanksiyaları pozmasıdır.

Xəbərdə bildirilir ki, “The Bank of Tokyo-Mitsubishi UFJ” 2002-2007-ci illər ərzində Nyu-Yorkdakı şöbəsi vasitəsilə İran dövləti və vətəndaşlarına milyardlarla dollar pul köçürüb: “Ancaq bank işçiləri mütəşəkkil şəkildə bu transferlərlə bağlı məlumatları sistemdən silməklə mübadilənin kimlər arasında baş verməsinin izini itiriblər”.

Məlumatda həmçinin deyilir ki, “The Bank of Tokyo-Mitsubishi UFJ”nin Nyu-Yorkdakı şöbəsi 100 milyard dollar həcmində 28 min qeyri-qanuni pul transferi həyata keçirib və bununla da sanksiyaları pozub: “Artıq bank rəsmiləri cəriməni qəbul edib və gələcəkdə bu cür pozuntu hallarının baş verməsinə imkan verməyəcək”.

Geri dön