Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Müsahibə > İsmayıl Tanrıverdi: İşğal altında olan Azərbaycan torpaqlarını İrana icarəyə verilir
İsmayıl Tanrıverdi: İşğal altında olan Azərbaycan torpaqlarını İrana icarəyə verilir |
Bakı Dövlət Universitetinin Erməni Araşdırmaları Mərkəzinin böyük elmi işçisi İsmayıl Tanrıverdinin müsahibəsini ixtisarla oxucularımıza təqdim edirik.
- İsmayıl müəllim, ermənişünas alim kimi Ermənistandakı vəziyyətlə bağlı nə qədər məlumatlısınız? Qarabam erməniləri ilə İrəvan erməniləri arasında ciddi narazılımın oldumu söylənilir… - Qarabağ ermənilər İrəvanda əsas vəzifələri tuturlar. Onlar biznes sahəsində Sərkisyan və Köçəryanın vasitəsilə önə keçiblər. İrəvan erməniləri onları sevmir. Çünki onlar sovet dövründən qalmış qayda-qanunla yaşamaq istəyirlər. Əsas istəkləri rüşvətin olmamağıdır. Güc yolu ilə onların arasındakı gərginliyin qarşısı alınır. - Köçəryanın hazırda harada yaşaması ilə bağlı sizdə məlumat var? -O daha çox Rusiyada olur. Öz biznesi var və dünyanın məşhur biznesmenləri ilə bir yerdədir. Özünün şəxsi təyyarəsi də var. - Ermənistandakı sosial vəziyyətlə bağlı erməni mətbuatı hansı məlumatları yazır? - Ermənistan aeroportunda vəziyyət acınacaqlıdır, çünki burdan yalnız xarici təyyarələrin uçuşu həyata keçirilir. Bu ölkənin hava yolları şirkəti iflic olub. İqtisadi vəziyyət çox çətindir. Ermənilər Ermənistanı tərk edirlər. Əksəriyyət Rusiyaya üz tutur. Azərbaycanın işğal olunmuş ərazilərini əslən azərbaycanlı olan İran vətəndaşlarına heyvandarlıqla məşğul olmaları üçün icarəyə verirlər. İşğal olunmuş Azərbaycan torpaqlarında ermənilərin məskunlaşması məsələsi ilə bağlı deyə bilərəm ki, Kəlbəcərə 300-ə qədər Suriya ermənisi köçürülüb. Amma həmin ermənilər vəziyyətlərinin yaxşı olmadığına və onlara verilən vədlərə əməl olunmadığına görə buranı tərk edirlər. - Azərbaycanlı əsir və girovlarla bağlı Ermənistan mətbuatında nələri müşahidə etmisiniz? - Bu haqda heç bir məlumata rast gəlməmişəm. Bəzən həqiqətə uyğun olmayan fikirlər səsləndirirlər ki, Azərbaycan tərəfi əsirlərin dəyişdirilməsi ilə bağlı məsələyə düzgün yanaşmır. - Erməni ziyalıları içərisində elə insanlar varmı ki, önə çıxaraq müharibəyə son qoyulmasının tərəfdarı olduğunu dilə gətirsin və Azərbaycan torpaqlarının azad edilməsini istəsin? - Orada müxalifət çox güclüdür. Dediyiniz ampluada olanlar da var. Amma elə insanları sayan yoxdur. Bir erməni bu haqda bir məqalə yazmışdı, onun qarşılığında çox təhqiramiz cavablar aldı. Kəskin reaksiyalar ən çox xaricdə yaşayan ermənilərdən gəlir. Zori Balayan hər hansı tədbir keçirilən zaman Qarabağa gələrək, bir neçə gün orada qalır. Amma yerli ermənilər belə fikirlər səsləndirir ki, Balayan gerçəkdən vətənpərvərdirsə, Ermənistanda yaşasın. - Uzun illər Ermənistanda yüksək vəzifələrdə çalışmısınız. Bir yerdə çalışdığınız ermənilərlə əlaqəniz varmı? - Yalnız internet vasitəsilə bir neçə erməniyə cavab vermişəm. Soyqırımı məsələsindən yazmışdılar. Belə qərara gəliblər ki, qondarma «erməni soyqırımı»nın 100 illiyini keçirmək üçün hazırladıqları planı Türkiyə qətiyyən bilməməlidir. Onlar gizli bir plan hazırlayırlar ki, Türkiyə buna əks reaksiya verə bilməsin. Geri dön |