Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Müsahibə > Natiq Miri: İranda azərbaycanlıların problemlərinin həlli gecikdikcə,…- Müsahibə
Natiq Miri: İranda azərbaycanlıların problemlərinin həlli gecikdikcə,…- Müsahibə |
Müsahibimiz, Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq (siyasətçi) Natiq Miridir.
-Natiq bəy, İranda yeni prezidentin hakimiyyətə gəlməsi nəyisə dəyişədərəcək? -Bir şərtlə dəyişdirə bilər. O da yeni prezident hansısa gücə deyil, xalqın böyük əksəriyyətini arxasına almaqla problemlərin üzərinə gedərsə, o halda vəziyyət dəyişə bilər. Çünki bu halda Qərbin də dəstəyini ala bilər. Amma bu o qədər də asan olmayacaq. Çünki İranda mövcud rejim hələ çox güclüdür. -Həsən Ruhani Azərbaycan türkləri bağlı bir sıra vədlər verib. Necə düşünürsünüz, bu vədlər həyata keçəcəkmi? - Müəyyən dəyişikliklər baş verə bilər. Xüsusilə də türklərin öz ana dilində təhsil ala bilməsi, Urmu gölünün bərpası kimi problemlərin həllinə kömək edə bilər. Çünki Azərbaycan türklərinin müəyyən problemlərinin həlli gecikdikcə bu amil İran rejimi üçün böyük potensial təhlükə mənbəyinə çevrilir. Ona görə də bu yöndə haradansa başlamaq və problemləri həll etmək lazımdır. Ruhani də bu yöndə nələrisə etməyə çalışacaq. -İranın enerji siyasətində hansısa dəyişikliklər gözlənilirmi? - İran Qərblə nüvə problemini həll etməyincə enerji siyasətində ciddi dəyişikliklər baş verməyəcək. Ona görə də Ruhaninin bir islahatçı, yeni fikir daşıyıcısı kimi hakimiyyətə gəlməsi bu problemi yerindən tərpətməyə böyük şans yaradıb. Bu yöndə Qərbin də konkret(əsas) gözləntiləri var. Ona görə də düşünürəm ki, İran bu imkandan istifadə etməli, qarşılıqlı etimad şəraitini təmin etməli və problemin həllinə doğru irəliləməlidirlər. Bu cür siyasət İranın gələcəyə doğru önünü açardı, qonşularla, həm də qlobal (kürəsəl) səviyyədə münasibətlərini tənzimləyərdi. Söhbətləşdi:Elnur Eltürk Geri dön |