Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Hüquq > Güney Azərbaycan insan haqları fəalları ilə Almanya parlementosunun insan haqları komisyonu başqanı və üzləri ilə görüş keçirilib
Güney Azərbaycan insan haqları fəalları ilə Almanya parlementosunun insan haqları komisyonu başqanı və üzləri ilə görüş keçirilib |
Almanya parlementosunun insan haqları komisyonu başqanı: İrandaki Azərbaycanlı tutuqlu fəallar bilməlidirlər ki onlar bizim üçün çox dəyərli və önəmlidilər və onların sərbəst buraxılmaları üçün çalışacayıq.
Güney Azərbaycan insan haqları fəalları heyətı ilə Almanya parlementosunun insan haqları komisyonu başqanı və üzləri ilə görüşlərinin raporu: İyun ayının 27 də Azərbaycan insan haqları mudafiəçiləri fəallarından bir heyət Almanya parlamentosunda insan haqları komisyonun başqanı və üzvləri ilə bir görüş geçiriblər. Bu görüşmə Almanyanın parlemento binasında geçirldi. Bu görüşmədə Almanya parlamentosunun insan haqları komisyonu başqıanı Tom Koenigsve bu komisyonun digər 10 nəfərlik üyəsidə toplantıda iştirak etmişlər. Dr. Əhməd Yəzdani, Dr. Simin Səbri, vəkil Pərviz Yəzdani və Səccad(Duman) Radmehr “Sınırsız insan haqları mudafiəçiləri şurası” tərəfindən bir heyət olaraq görüşmədə yər almışlar. Bu heyət görüşmədə irandaki siyasi dustaqların durumu və özəlliklə Yeni GAMOH liderlərinin tutuqlanması haqda bilgilər verərək, komisyonunda bu barədə sorularınada cəvab vermişlər. Tom Koenigs irandaki bəşər haqları qonusunda, özəlliklə irandaki millətlər haqda geniş bilgilərə sahib olmasının yanı sıra çox önəmli və dəqiq sorular soraraq çox faydalı bir görüşmə geçirmişlər. Bu görüşdə irana qarşı sürdürülən ambargoların(təhrim) etkisi və eləcədə avrupanın siyasi sığınmacılar(qaçqınlar) barədəki siyasətləridə danışıldı. Bu danışıqlar Almanca və İngilizcə dilində olmuşdur ki ən önəmlili qonularda bunlardan ibarət olmuşdur: Öncəliklə Əhməd bəy Yazdani irandaki çoxlu millətlər və Azərbaycan türkləri haqda ətraflı danışdıqdan sora iran rejiminin asimilasyon siyasəti və iranda yaşayan digər millətləri o cümlədən türklərin təhqir edildiyindədə söz açmışdır. Komisyonda irandaki asimilasyon siyasetinin tarixi və özəlliklə Tehrandaki türklər haqda sorular vermiş və bu sorularada cevab olaraq iranda Pəhləviləri dönəmində Ariyayizm siyasəti dövlətin rəsmi idolojisi halinə çevrililərək bugünki iran isalam cumhuriyəti rejimində siyasəti oalaraqda dəvam etməkdədir. Duman bəy Radmehrdə irandaki Azərbaycanlı siyasi fəalların tutuqlamaları özəlliklə Yeni GAMOH liderləri və eləcədə Səyid Mətinpur və Urmu gölü olaylarından tutqlanan fəallar haqdada danışıb. Təbriz zindanlarındaki sağlıqsız ortam, dustaqlara yetərsiz yataqlar, iranın Təbriz Ettelaatındaki fəallara uygulanan işkəncələr, sağlıq durumları ağır olan Şəhram Radmehr və Behbud Qulizadə, tutuqluların vəkilləri ilə görüşmələrindəki sorunlar və tutsaqların özəlliklə Səyid Mətinpurun ailələrilə görüşmə izinlərinin çox az olmasınada işarə etmişdir. Duman bəy Radmehr öz tutqlama və zindan təcrübələrindən yola çıxaraq uluslararası qurumların tutqlulara yönəlik himayətlərin etkisinə deyinərək, Alman parlementosu və dövletindən bu tutqluların durumları ilə maraxlanmalarını tələb etmiş. Bu komisyon başqanı tərəfindən Yeni GAMOH , durumu və siyasətləri haqda sorular sorulmuşdur ki cəvab olaraq umumiyətlə Milli hərkətin dinç və demokratik hərəkət olması və eləcədə Yeni GAMOH’un əsas inançlarindən olan “İnsan haqları savunucusu, Demokrasi və millətlərin öz muqəddəratını təyin etmə haqını savunmasınada yer verilmişdir. Ayrıca Yeni GAMOH lideri Lətif bəy Həsənlinin Yunesko katibinə yazdığı məktub, bu tutuqlulara qarşı iləri sürülən ittahamlar və məhkmənin huquq dışı prosedurları işarə edildikdən sora Yeni GAMOH teşkilatı haqdada hazırlanan yazılı rapordə bu komisyonuna verilmişdir. Dr.Simin xanım Səbridə piskoloji mutəxəssisi oalraq təhqir və asimilasyonun insanların şəxsiyəti üzərindəki yaratdığı mənfi etkilərədə işarət edərək irandaki dəvam edən bu kimi yalnış siyasətlərin bir çeşid kültür(mədəni) soyqırımı olduğunu və bunun yaratdığı kimlik sorunu, toplumda güvənsizliyidə bərabərində gətirdiyinə diqqət çəkmişdir. Dr.Simin xanıma verilən soruya ki xaricdə olan Azərbaycalıların nə kimi fəaliyətlər edirlər? Cəvab oalraq xaricdəki fallarımızında Güney Azərbaycan təşkilatlarının projesi olaraq iranda “öz muqəddəratını təyin etmə haqqı” istəyinə əsasən Birləşmiş millətlərə referandum olunmasına geniş dəstək verilmişlər və eləcədə Yeni GAMOH təşkialtına qarşı olan bu son tutuqlamalarada bütün təşkilatlar dəstək vermişler. Pərviz bəy Yəzdaniyə komisyon tərəfindən verilən soru ki, Güney Azərbaycan fəalları Quzey Azərbaycan cumhuriyətindəki insan haqları pozulmasına necə baxırlar? Cəvab olaraq biz insan haqlarının pozulması hər ölkədə o cümlədəndə Quzey Azərbaycanda məhküm edirik və ayrıca diqqət etməliyik ki irandaki durumla Quzey Azərbaycandaki durum eyni dəyil, çünkü iranda həm diktatorluq həmdə rasizm vardır. Görüşmənin sonunda isə komisyon başqanıTom Koenigs iran dövləti yetkililəri ilə insan haqları qonusundaki irtibatları və münsaibətlərinə işarə edərək, İrandaki Azərbaycanlı tutuqlu fəallar bilməlidirlər ki onlar bizim üçün çox dəyərli və önəmlidilər və onların sərbəst buraxılmaları üçün çalışacayıq. Bu görüşmə 2 saat dəvam etmişdir. Geri dön |