Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Müəllim işləmək istəyən 1386 nəfərin elektron ərizəsi qəbul olundu
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Gündəm > Müəllim işləmək istəyən 1386 nəfərin elektron ərizəsi qəbul olundu

Müəllim işləmək istəyən 1386 nəfərin elektron ərizəsi qəbul olundu


Fərzəli Qədirov: "Ərizə verənlərin içərisində yenə də ötən illərdə olduğu kimi ibtidai sinif müəllimləri üstünlük təşkil edir"
Azərbaycanda müəllimlərin işə qəbulu üzrə müsabiqənin ilk günündə 1386 elektron ərizə qəbul olunub. Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsinin müdiri Fərzəli Qədirov jurnalistlərə açıqlamasında deyib ki, ərizə verənlərin içərisində yenə də ötən illərdə olduğu kimi ibtidai sinif müəllimləri üstünlük təşkil edir.

F. Qədirovun sözlərinə görə, ərizə verən ibtidai sinif müəllimlərinin sayı 392 nəfər olub: “Daha sonra müraciət edənlər arasında ingilis dili müəllimləri üstünlük təşkil edib ki, onların sayı 180 nəfər, Azərbaycan dili və ədəbiyyat, Riyaziyyat fənni müəllimlərinin sayı isə 100 nəfərdən artıqdır”.

F. Qədirov qeyd edib ki, Təhsil Nazirliyi ötən gündən etibarən müəllimlərin işə qəbulu üzrə müsabiqəyə başlayıb. Onun sözlərinə görə, təhsil naziri Mikayıl Cabbarovun müsabiqənin son dərəcədə şəffaf keçirilməsi ilə bağlı çox ciddi tapşırığı olub: “Bununla əlaqədar olaraq müsabiqənin qaydalarında da şəffaflığa xidmət edən bir sıra təkmilləşdirmə işləri aparılıb. Növbəti dərs ili üçün vakant yerlər barədə məlumatlar artıq ictimaiyyətə məlumat verilib. Ümumilikdə, ölkənin ümumtəhsil məktəblərində vakant yerlərin sayı 3286-dır. Onlardan 493-ü Bakı şəhərində, 2793-ü isə respublikanın digər şəhər və rayonlarındadır. Həmin vakansiyalardan 2999-u Azərbaycan bölməsi, 187- i isə rus bölməsi üzrədir”.

Geri dön