Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Taksim hadisələrində yəhudi izi?
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Türk dünyası-Turan > Taksim hadisələrində yəhudi izi?

Taksim hadisələrində yəhudi izi?


Türkiyə baş naziri müavininin sözləri düzgün başa düşülməyib

Türkiyə baş nazirin müavini Bəşir Atalay barəsində yayılan “Gəzi parkı” aksiyalarında yəhudi lobbisinin izi” iddialarına cavab verib. Atalayın mətbuat xidmətinin rəhbəri bildirib ki, baş nazirin müavininin sözləri bəzi mətbu orqanlarda həqiqətə uyğun olmayan şəkildə əks olunub.

“Bəşir Atalayın belə bir sözü və ifadəsi olmayıb. Təəssüf ki, xəbər agentliklərindən biri baş nazir müavininin sözünü səhv şərh edərək bu şəkildə yayıb. Bunu çıxışın mətnində və videoyazıda da görmək mümkünür. Çıxışda sadəcə olaraq beynəlxalq mətbuatın “Gəzi parkı” hadisələrini pulla alması və baş verənlərin xaricinə çıxılaraq uzun-uzadı məlumatlar yayması üzərində dayanılıb. Yəhudi lobbisinin sadəcə xarici mətbuat müstəvisində adı çəkilib. Çıxışda nə Türkiyədə, nə də dünyada yaşayan musəvilərə istiqamətlənmiş şərh, söz və ifadə olmayıb”, – deyə açıqlamada bildirilib.

Xatırladaq ki, ötən gün Türkiyə baş nazirinin müavini Bəşir Atalay jurnalistlər qarşısında “Gəzi parkı” hadisələrini şərh etmiş, bəzi agentliklər isə Atalayın bu hadisələrə görə, yəhudi lobbisini ittiham etdiyini yaymışdı.

Geri dön