Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Mədəniyyət > Fransızlar Arşın mal alana baxdılar
Fransızlar Arşın mal alana baxdılar |
Kann şəhərində Azərbaycan mədəniyyət günləri davam edir
Fransanın Kann şəhərində Heydər Əliyev Fondunun təşkilatçılığı ilə davam edən Azərbaycan mədəniyyət günləri iyulun 7-də 1945-ci ildə istehsal olunan “Arşın mal alan” filminin nümayişi ilə başlayıb. Dahi bəstəkar Üzeyir Hacıbəylinin eyniadlı operettası əsasında ekranlaşdırılan və Azərbaycan kino tarixinin qızıl fondunu təşkil edən bu film ilk növbədə XX əsrin əvvəlindəki Bakının koloritini tamaşaçıya dolğun şəkildə çatdırmaq baxımından nadir sənət nümunəsi hesab olunur. Digər tərəfdən ölkəmizdə kino sənayesinin tərəqqisinə mühüm tövhə verən bu filmin şöhrəti hələ də yaşayır, xalqımız hər nümayişində “Arşın mal alan”ı sevə-sevə izləyir. Artıq 70 ilə yaxındır ki, ekranlardan düşməyən “Arşın mal alan” çəkildiyi vaxtdan nəinki Azərbaycan, həm də sovet kinosuna dünya şöhrəti gətirib. Rusiya kinosunun 100 illiyi münasibətilə aparılan sosioloji sorğular nəticəsində sovet kinosunun inkişafına əhəmiyyətli təsir göstərmiş və uzun illər ekranda nümayiş olunan xarici ölkə filmlərinin arasından “100 sevimli film” seçilib. Bu sorğuda “Arşın mal alan” kinokomediyası məşhur kino mütəxəssislərinin yekdil rəyi ilə “Qızıl siyahı”ya daxil edilib. Bunu şərtləndirən amillər də mühüm tərəfləri ilə diqqəti cəlb edir. Çünki təkcə 1945-ci ildə bu filmə 16 milyondan çox insan tamaşa etmişdi. Film indiyə qədər 136 ölkədə nümayiş etdirilmiş və 86 dilə tərcümə olunub. Budəfəki nümayişin ən böyük özəlliyi də Kann tamaşaçılarına filmin fransız dilində alt yazısı ilə çatdırılması idi. Qeyd etmək lazımdır ki, filmi maraqlı edən amillər arasında aktyor truppasının oyunudur. Məsələn, “Arşın mal alan” xalq artistləri Rəşid Behbudovun və Lütfəli Abdullayevin kinoda ilk işləridir. Bununla yanaşı, çəkiliş vaxtı istifadə olunan zinət əşyalarından tutmuş ev əşyalarına qədər hər şeyin təbii olması, butafordan istifadə edilməməsi “Arşın mal alan”ın özəlliyini daha da artırır. “Arşın mal alan”a şöhrət gətirən ən böyük amillərdən biri də əlbəttə ki, Üzeyir bəyin ölməz musiqisidir. Sonra Kann şəhərinin məşhur La Kruazet bulvarında “Natiq” ritm qrupunun və Azərbaycan Dövlət rəqs ansamblının konserti olub. Konserti Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və ailə üzvləri də izləyiblər. Konsert tamaşaçılarda tamamilə fərqli təəssüratlar yaradıb. Burada Azərbaycanın milli musiqi aləti, xalqımızın adət və ənənələrinin, toy-bayram şənliklərinin aparıcı çalğı alətlərindən sayılan nağaranın səsini Kann şəhərinə çatdıran “Natiq” ritm qrupu sözün əsl mənasında dinləyiciləri valeh edib. Qrup üzvləri konsertdə ən məşhur kompozisiyalarını səsləndiriblər. Qrupun çıxışı ifaçıların misilsiz enerjisi, dəqiqliyi və peşəkarlığı ilə yadda qalmış və tükənməz alqışlarla müşayiət olunmuşdu. Bu alqışlar Azərbaycan mədəniyyətinə verilən ən yüksək dəyər idi. Azərbaycan Dövlət rəqs ansamblının çıxışı da konsert keçirilən axşama xüsusi ovqat qatıb. Ümumiyyətlə Azərbaycan rəqsləri özündə qədim və zəngin tarixi daşıyır. Azərbaycan xalq rəqsləri tariximizlə ayrılmaz surətdə bağlı olub, onun milli xüsusiyyətini, həm də həyat və məişətini özündə əks etdirir. Bu da ölkənin tarixində, mədəniyyətində rəqs sənətinin nə dərəcədə böyük əhəmiyyətə malik olduğunu göstərir. Beləliklə, Azərbaycan mədəniyyət günləri çərçivəsində keçirilən bu konsertdə dinləyicilərə heyranedici sənət nümunələri təqdim olunub. Geri dön |